GİZİR SEYMUR BAXIŞOV SUMQAYITDA DƏFN EDİLİB

Стандартный

Seymur Baxışov 3

Cəbhə xəttində son döyüşlər zamanı itkin düşən Sumqayıt şəhər sakini, kiçik gizir Seymur Qulamhüseyn oğlu Baxışovun şəhid olması təsdiqlənib. O, aprelin 20-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

AZƏRTAC xəbər verir ki, 1987–ci ildə Sumqayıtda anadan olan Seymur Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbinin rus bölməsində oxuyub. O, 11 ildir hərbi xidmətdə idi.

Şəhidin cənazəsi vaxtilə yaşadığı binanın qarşısından fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər xiyabanına aparılıb. Orada yaylım atəşi altında son mənzilə yola salınıb. Tabut üzərinə örtülmüş Dövlət Bayrağı əbədi xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.

Seymur Baxışov 2

Seymur Baxışov1

http://azertag.az/xeber/Milli_Ordumuzun_sehid_herbi_qulluqchusu_son_menzile_yola_salinib-944508

Обсуждение закрыто.