20 APREL — MİLLİ QƏHRƏMAN SAMİR XASİYEVİN DOĞUM GÜNÜ

Стандартный

Samir_Xasıyev

Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakıda doğulmuşdur. 1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada köçdükləri üçün Samir təhsilini 14 saylı məktəbdə davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. 1991-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultesinin axşam şöbəsinə daxil olmuş və hərbi xidmətə çağırılmışdır.

Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə könüllü olaraq cəbhəyə gedir, Pirəkişkildə, Salyanda qısa təlim keçdikdən sonra döyüş bölgələrinə yollanır.

Samirin  döyüş  yolu Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak etmişdir.

Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv etmişdir. Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etməmişdir. Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində oldu. Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas etmişdir. Həmin döyüşdə kontuziya almışdır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 ( on min) manat pul mükafatı verdilər və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərdilər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytinant rütbəsi verildi. Az müddət ərzində özünə məxsus bir bölük yaratdı.

1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu «Hərbi Xidmətlərinə görə» medalına təqdim etmişdir.

Leytenant tağım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində oldu. 17.03.1995-ci ildə Samir Dövlət Çevrilişinin qarşısını alarkən qəhrəmancasına Şəhid oldu.. Ona 04.04.1995-ci il tarixli fərmanla Azərbaycanın Mlli Qəhrəmanı adı verildi.

Nərimanov rayonunda sabiq Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.

Samiri ikinci Şəhidlər Xiyabanında dəfn ediblər.

Subay idi.

vikipediya

 

Обсуждение закрыто.