Daily Archives: 20.04.2016

GİZİR SEYMUR BAXIŞOV SUMQAYITDA DƏFN EDİLİB

Стандартный

Seymur Baxışov 3

Cəbhə xəttində son döyüşlər zamanı itkin düşən Sumqayıt şəhər sakini, kiçik gizir Seymur Qulamhüseyn oğlu Baxışovun şəhid olması təsdiqlənib. O, aprelin 20-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

AZƏRTAC xəbər verir ki, 1987–ci ildə Sumqayıtda anadan olan Seymur Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbinin rus bölməsində oxuyub. O, 11 ildir hərbi xidmətdə idi.

Şəhidin cənazəsi vaxtilə yaşadığı binanın qarşısından fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər xiyabanına aparılıb. Orada yaylım atəşi altında son mənzilə yola salınıb. Tabut üzərinə örtülmüş Dövlət Bayrağı əbədi xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.

Seymur Baxışov 2

Seymur Baxışov1

http://azertag.az/xeber/Milli_Ordumuzun_sehid_herbi_qulluqchusu_son_menzile_yola_salinib-944508

Реклама

20 APREL — AZƏRBAYCAN BƏSTƏKARI LEONİD VAYNŞTEYNİN DOĞUM GÜNÜ

Стандартный

Leonid_Vaynşteyn (1)

Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hаcıbəyоv аdınа Аzərbаycаn Dövlət Kоnsеrvаtоriyаsını 1968-ci ildə prоfessor Qаrа Qаrаyеvin sinfi üzrə bitirmişdir. Аzərbаycаnın əməkdаr incəsənət хаdimi olmuşdur. Müхtəlif illərdə АDK-nın və А.Zеynаllı аdınа Musiqi Tехnikumunun bəstəkаrlıq kаfеdrаlаrındа dоsеnt, еlеcə də Аzərbаycаn Dövlət Rus Drаm Tеаtrındа musiqi tərtibаtçısı vəzifələrində çаlışmışdır. Müхtəlif jаnrlаrdа əsərlər bəstələyərək, tеаtr-səhnə və simfоnik musiqiyə üstünlük vеrmişdir. Musiqiləri Аzərbаycаn, Rusiyа və keçmiş SSRİ-i respublikaları, Avropa ölkələri, АBŞ və İsrаildə səslənmişdir.

Əsаs əsərləri: «İlhаm» bаlеti, «Səhrаnın bəyаz günəşi» rоk-оpеrаsı, üşаqlаr üçün «Çəkməli pişik», «Zоluşkа» оpеrаlаrı, Böyük simfonik orkestr üçün 6 simfоniyа, Violino Konserti, simli оrkеstr üçün Kоnsеrt, simli kvаrtеt; оrqаn üçün «Mеmоriаl» triptiхi (Хоcаlı soyqırımına ithаf), qаrışıq хоr ilə BSО üçün «Аzərbаycаn-60» kаntаtаsı (R.Zəkаnın şеirlərinə, F.Qаrаyеvlə birlikdə); sоlist, kişi хоru və BSО üçün «Dənizə dönmək istərəm» оrаtоriyаsı (Nazim Hikmətin şеirlərinə), «Dəniz, səmа və məhəbbət» vоkаl silsiləsi (Nəbi Хəzrinin şеirlərinə), tеаtr, kinоfilmlər üçün musiqi, еstrаdа pyеsləri, romans və mаhnılаr. Son əsərlərindən biri «Sənin baharın gələcək Azərbaycan!» («Твоя весна придет Азербайджан!») romansı olmuşdur.

Lеоnid Vаynştеyn 1994-cü ildə Bаkıda vəfat etmişdir.

Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.

Леони́д Моисе́евич Вайнште́йн (20 апреля 1945, Баку — 20 июня 1994, там же) — советский и азербайджанский композитор, заслуженный деятель искусств Азербайджана.

Происходит из потомственной музыкальной семьи: отец, Моисей Рубинович Вайнштейн, — известный азербайджанский композитор и дирижёр; мать, Ольга Юльевна Вайнштейн (урождённая Белявская) — преподаватель музыки. Жена — преподаватель музыки, доцент Баяз Везирова; сын — известный российский продюсер Тимур Вайнштейн. Племянник — чемпион мира по шахматам Гарри Каспаров.

Учился в классической гимназии № 160. Был чемпионом КВН 1967 и 1970 годов в составе команды «Парни из Баку» (музыкальный руководитель).

В 1963 окончил теоретическое отделение Музыкального училища имени А. Зейналлы, а в 1968 — Азербайджанскую консерваторию по классу композиции Кара Караева.

 

20 APREL 1827 — RUS QOŞUNLARI XUDAFƏRİN KÖRPÜSÜNÜ TUTUB

Стандартный
20 APREL 1827 — RUS QOŞUNLARI XUDAFƏRİN KÖRPÜSÜNÜ TUTUB

20 aprel — İranla müharibənin (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları tərəfindən Araz çayı üzərindəki Xudəfərin körpüsünün (Cəbrayıl rayonu ərazisində) tutulması. Strateji əhəmiyyətli körpünün ələ keçirilməsi rus qoşunlarının cənubdan Naxçıvan xanlığına hücumlarına imkan yaratdı.  

http://www.azerbaycanli.org/az/page1323.html

1827-ci ilin yanvarında rus qoşunu Qaradagın mərkəzı Əhəri tutdu. Qışın oglan çagında general Madatov, «mühasirə dövründə çəkilən əziyyəti əvəz etsin deyə Qarabağ və Şirvan qoşunlarını götürüb Mişgini və Əhəri çapma ğa, qarət etməyə getdi. Mişgin vilay ətini o ki var soyub qar ət etdilər» (Mirz ə Yusif Nersesov). Aprel ayında rus qoşunlarının Qaraba ğ birləş m əsi Xudafərin körpüsünü ələ keçirm ək u ğrunda döyüşürdü. Bir bölüyü is ə Ağzıböyük keçidi il ə İrəvana gedirdi. . Bu zaman Yermolovun bütünlükl ə işd ən götürülm əsi general Madatovu da yerind ən oynatdı. Qraf Paskeviç onu Xudafərin körpüsü üz ərind ən götürüb knyaz Abxazovla əvəz etdi. Bu d əyişm ənin səbəbi Madatovun «Mişgin yürüşün ə» heç d ə icaz əsiz getm əsi deyildi. Paskeviç özü d ə Qarabağ vilayətinə belə soyğunçuluğa getmişdi. Səbəb yerli əhalinin, xan və bəylərin Yermolov-Madatov «siyas ətind ən» kəskin narazılığı və üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökum əti öz ordusunun «Transqafqaz işini» yüngülləşdirmək istəyirdi. 1827-ci il aprelin 20-d ə Xudafərin körpüsü tutuldu. Başlıca qüvv ələr Eçmiədzin ə g ələrək İrəvana do ğru ir əlil ədi. İrəvanın iki aylıq mühasir əsi yen ə u ğursuz oldu. İyunun 26-d Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik qoşunla qala qarnizonunun köməyinə gəldisə də, qala çökdürüldü. Avqust ayında Alagözün ətəklərində, Aştarak və Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün gəldilər. Sonra Sərdarabad çökdü. İrəvan qalasının mühasirəsi sentyabrın 26-da başlandı. Paskeviç yazırdı ki, İrəvan vilayətində 10000 müsəlman (Azərbaycan türkü – Red.) və yalnız 3000 erməni ailəsi yaşayırdı. Oktybarın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I

Нажмите для доступа к books_aysel%5CN_239.pdf

ŞƏHİDLƏRİ UNUTMAYAQ: ASİF RƏHİMOV

Стандартный

Asif_Rəhimov_(şəhid)

Asif Rəhimov — 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. Asif Rəhimov Qarabağ müharibəsinin iştirakçısıdır. 20 aprel 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Asif Rəhimov 7 noyabr 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Asif Rəhimov 1994-cü ilin 20 aprel tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.

Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur.

 

20 APREL — MİLLİ QƏHRƏMAN SAMİR XASİYEVİN DOĞUM GÜNÜ

Стандартный

Samir_Xasıyev

Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakıda doğulmuşdur. 1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada köçdükləri üçün Samir təhsilini 14 saylı məktəbdə davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. 1991-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultesinin axşam şöbəsinə daxil olmuş və hərbi xidmətə çağırılmışdır.

Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə könüllü olaraq cəbhəyə gedir, Pirəkişkildə, Salyanda qısa təlim keçdikdən sonra döyüş bölgələrinə yollanır.

Samirin  döyüş  yolu Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak etmişdir.

Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv etmişdir. Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etməmişdir. Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində oldu. Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas etmişdir. Həmin döyüşdə kontuziya almışdır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 ( on min) manat pul mükafatı verdilər və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərdilər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytinant rütbəsi verildi. Az müddət ərzində özünə məxsus bir bölük yaratdı.

1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu «Hərbi Xidmətlərinə görə» medalına təqdim etmişdir.

Leytenant tağım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində oldu. 17.03.1995-ci ildə Samir Dövlət Çevrilişinin qarşısını alarkən qəhrəmancasına Şəhid oldu.. Ona 04.04.1995-ci il tarixli fərmanla Azərbaycanın Mlli Qəhrəmanı adı verildi.

Nərimanov rayonunda sabiq Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.

Samiri ikinci Şəhidlər Xiyabanında dəfn ediblər.

Subay idi.

vikipediya

 

20 APREL — YAZIÇI ÇİNGİZ HÜSEYNOVUN DOĞUM GÜNÜ

Стандартный
20 APREL — YAZIÇI ÇİNGİZ HÜSEYNOVUN DOĞUM GÜNÜ

Чинги́з Гаса́н оглы́ Гусе́йнов (род. 20 апреля 1929, Баку) — азербайджанский писатель, литературовед, культуролог, переводчик, доктор филологических наук(1979), профессор (1980), заслуженный деятель искусств Азербайджанской ССР (1989), профессор филологического факультета МГУ.

Перу Ч. Гусейнова принадлежит множество книг прозы, в том числе шесть романов, изданных на многих языках мира.

Популярность принесли романы «Магомед, Мамед, Мамиш» (М., 1975) о мафиозности властных структур и «Семейные тайны» (М., 1986, расширенное издание — 1991) о господстве высокопоставленного клана, диктующего условия жизни в масштабах деградирующего общества.

В так называемом компьютерном романе «Директория Igra» (М., 1996, пятый в РФ рейтинг популярности среди произведений подобного типа) межнациональные конфликты в стране показаны как результат политических игр по захвату власти.

Одно из значительных произведений автора — исторический роман «Фатальный Фатали» (1983) «о жизни, уже однажды прожитой» (М., 1983), воссоздает непростые российско-кавказские отношения в Х1Х веке, изображает колониальную политику царизма на Кавказе, кавказские войны, национально-освободительное движение Шамиля, неизбежность появления в условиях деспотии бунтующей личности.

Çingiz Həsən oğlu Hüseynov (20 aprel 1929) – nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989).

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri «Bakinski raboçi» qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır.

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olmuşdur.

 

ŞƏHİDLƏRİ UNUTMAYAQ: LAÇINLI ƏFQAN QORÇUYEV

Стандартный

QORÇUYEV ƏFQAN

Əfqan Xanış oğlu Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib.

1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib.

1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib. 1993-cü il Qubadlı işğal olanda ağır yaralanıb və II qrup əlil olur. Əfqanın yaxşı səsi var idi və o, döyüşlərdən sonra həmişə məlahətli səsi ilə kollektiv önündə çıxış edərdi.

1994-cü il fevralın 10-da Əfqan Füzuli rayonu Mehdili kəndində gedən döyüşlərdə şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb.

Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır

 

20 APREL — ƏFSANƏVİ NƏSİBƏ ZEYNALOVANIN 100 İLLİYİ

Стандартный

Nəsibə_Zeynalova

Zeynalova Nəsibə Cahangir qızı  — Azərbaycan SSR-nin Xalq Artisti (1967), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1974).

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. 1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı.

Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi.1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina («Şıltaq qızın yumşalması», Vilyam Şekspir), Elvira («Don Juan», Jan Batist Molyer), Yelizaveta («Mariya Stüart», Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm («Ər və arvad», «Arşın mal alan» və «Məşədi İbad», Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım («Əlli yaşında cavan», Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale («Keto və Kote», Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina («iki ağanın bir nökəri», Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), * Zivər xanım («Məhəbbət gülü», türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma («Şirin arzular». Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya («Tiflis nəğməsi», Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam («Qız anası», («Sevgilimin anası»), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.