BÖYÜK MEMAR MİKAYIL HÜSEYNOVUN DOĞUM GÜNÜ

Стандартный
BÖYÜK MEMAR MİKAYIL HÜSEYNOVUN DOĞUM GÜNÜ

Hüseynov (Üseynov, Useynov) Mikayıl Ələsgər oğlu — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950-1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), SSRİ dövlət mükafatı laureatı (1941),  Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), 

 Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. O, 200-dən çox layihə yaratmış və bunların, demək olar, hamısı həyata keçirilmişdir. Dünya şöhrətli görkəmli memar M.Ə. Hüseynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat etmişdir.

 İlk memarlıq və nəzəri əsərlərini 1946 ilədək S.Dadaşovla birgə yaratmışdır. 1948-1988-ci illərdə Azərb. SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı oldu.

Az vaxtda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı «Alimlər evi» (1946), Ü.Hacıbəyov adına «Azərbaycan Dövlət Konservatoriyası» (1937-1939), «Nizami adına Ədəbiyyat Muzeyi»nin (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərb. Politexnik İnstitutu (1931-1933), «Bakı Soveti» işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin (indiki Azadlıq) meydanının qərb tərəfində 16 mərtəbəli «Azərbaycan» (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə «Abşeron» (1985) mehmanxanaları tikilmişdir. Hüseynovun 60-80-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı (indiki Azadlıq meydanı) ansamblının tikintisi əhəmiyyətli yer tutur.

1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir.

1946-cı ildən sonrakı memarlıq işləri: M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanası (1960), Azərb. SSR EA şəhərciyi kompleksi (1951-1966), Bakı Metropoliteni «Nərimanov» (1967), «Nizami» (1976) və «Elmlər Akademiyası» (1985) stansiyaları.

Nizami_Museum_of_Azerbaijan_Literature,_Baku,_2015

Музей азербайджанской литературы имени Низами Гянджеви в Баку (совместно с С. А. Дадашевым)

Азербайджанская_национальная_библиотека

M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanası (1960)

Обсуждение закрыто.