Daily Archives: 17.04.2016

17 APREL -SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN DOĞUM GÜNÜ

Стандартный
17 APREL -SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN DOĞUM GÜNÜ

Lütfiyar İmanov (17 aprel 1929, Petropavlovka — 21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi.(dramatik tenor),Bakı Musiqi Akademiyasında müəllim-professoru.

Lütfiyar İmanov  Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən -1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakultəsini bitirmişdir. 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. «Karmen», «Faust», «Otello», «Trubador», «Aida», «Riqoletto» və s. klassik opera əsərlərində rollar oynayıb. 21 yanvar 2008-ci ildə Bakı şəhərində rəhmətə getmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Реклама

17 АПРЕЛЯ -ДЕНЬ РОЖДЕНИЯ ГЕРОЯ СОВЕТСКОГО СОЮЗА ШАМСУЛЫ АЛИЕВА

Стандартный

Шамсула_Алиев

Шамсула Файзулла оглы (Фейзуллаевич) Алиев (4 [17] апреля 1915 года — 19 ноября 1943 года) (азерб. Şəmsulla Feyzulla oğlu Əliyev) — заместитель командира батальона 1135-го стрелкового полка 339-й стрелковой дивизии 56-й армии Северо-Кавказского фронта, капитан, Герой Советского Союза. По национальности — азербайджанец.

Əliyev Şəmsulla Feyzulla oğlu – Sovet İttifaqı Qəhrəmanı.

Dərbənd şəhərində anadan olmuş və Almaniya faşizmi ordusuna qarşı müharibənin fəal iştirakçısıdır. Batalyon komandirinin siyasi hissə üzrə müavini kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir.

Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi.

1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə «İrəli, Qafqazın qartalları!» çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu.

Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir.

 

ŞƏHİDLƏRİ UNUTMAYAQ: MAHMUD CANBAXIŞOV

Стандартный

CANBAXIŞOV MAHMUDCanbaхışоv Mahmud Surхay оğlu — şəhid

Canbaхışоv Mahmud Surхay оğlu 1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində dоğulmuşdur.

1988-ci ildə Göyçə mahalından deportasita olunmuş, əvvəlcə Bərdə rayonunda, 1990-cı ildən sonra isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır.

Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır.

Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Beyləqan rayonunda minaya düşərək şəhid olmuşdur.

Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir.

vikipediya

Qeyd: Mahmud professor Qələndər Canbaxışovun qardaşıdır.

 

17 APREL — BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN DOĞUM GÜNÜ

Стандартный

Zulfuqar_Hajibeyov

Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (17 aprel 1884 — 30 sentyabr 1950) — bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri.

Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı «böyük qardaş» rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası — «50 yaşında cavan»ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.

Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur.  Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. «Aşıq Qərib» operasında xalq rəvayətindən istifadə olunmuşdur.

XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan «Kənd qızı», «Çoban qız», «Əsgər nəğməsi» məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.

O, 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə — «Almaz»a musiqi yazmışdır.

Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir.