DƏDƏ QORQUD SOYLAMIŞ: «YAZILIB-DÜZÜLÜB GÖGDƏN ENDİ TƏNRİ ELMİ QURAN GÖRKLİ»

Стандартный

Dədə Qorqud genə soylamış, görəlim, xanım, nə soylamış:

Ağız açıb ögər olsam, üstümüzə Tənri görkli,

Tənri dostı, din sərvəri Məhəmməd görkli.

Məhəmmədin sağ yanında namaz qılan Əbubəkr Siddiq görkli.

Axır separə başıdır, əmmə görkli.

Hecəsinləyin düz oqınca, yasin görkli.

Qılınc çaldı, din açdı şahi-mərdan Əli görkli.

Əlinin oğulları – peyğəmbər nəvələri –

Kərbala yazısında yəzidilər əlində şəhid oldı –

Həsənlə Hüseyn iki qardaş bilə, — görkli.

Yazılıb-düzilib gögdən endi Tənri elmi Quran görkli.

Ol Quranı yazdı-düzdi,

               Üləmalar ögrəninvə köydi-biçdi

Alimlər sərvəri Osman Üffan oğlı, görkli.

Alçaq yerdə yapılubdır Tənri evi Məkkə görkli.

Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün hacı görgüli.

Sağış günündəayna görkli.

               Ayna güni oğıyanda qutbə görkli.

Qulaq urıb dinləyəndə ümmət görkli.

Minarədə banlayanda fəqih görkli,

Dizin basub oturanda halal görkli.

Dölimizdən ağarsa, baba görkli.

Ağ südni toya əmzirsə, ana görkli.

 

Yanaşıb yola girəndə qara buğır görkli.

Sevgili qardaş görkli.

Ban al-ala ev yanında dikilsə, gərdək görkli.

Uzınca tənəfi görkli. Oğəl görkli.

Qamusına bənzəmədi cümlə aləmləri yaradan

Allah-Tənri görkli

Ol ögdigim yuca Tənri dost oluban mədəd irsün, xanım, hey!

 

(mətnin müasir şəklində «görkli» sözüni «gözəldir» ya «əhsən»lə əvəz edirlər — «Ocaq»)

 

Обсуждение закрыто.