16 APREL — ŞUŞALI MİLLİ QƏHRƏMAN RİZVAN TEYMUROVUN DOĞUM GÜNÜ

Стандартный

Rizvan-Teymurov-milliqehreman.jpg

Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində yaranan polis alayına yazılmışdır.

Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

vikipediya

Обсуждение закрыто.