16 APREL 1906 — BAKIDA «DƏBİSTAN» JURNALI NƏŞRƏ BAŞLAYIB

Стандартный

DƏBİSTAN

Dəbistan jurnalı — 16 aprel 1906-cı ildə «Dəbistan» maarifçi jurnalı Bakıda nəşrə başlayıb.

«Dəbistan» adlı ilk pedaqoji jurnalın naşiri və mühərriri Əlisgəndər Cəfərzadədir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadəninadı ilə bağlıdır.

1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abdulla Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox «Dəbistan» jurnalında çap olunardı. 1906-cı ildə «Dəbistan» jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin «Allah xofu» hekayəsi onun yaradıcılığında xüsusi yer tutur.

VİKİPEDİYA

Обсуждение закрыто.