Daily Archives: 16.04.2016

DƏDƏ QORQUD SOYLAMIŞ: «YAZILIB-DÜZÜLÜB GÖGDƏN ENDİ TƏNRİ ELMİ QURAN GÖRKLİ»

Стандартный

Dədə Qorqud genə soylamış, görəlim, xanım, nə soylamış:

Ağız açıb ögər olsam, üstümüzə Tənri görkli,

Tənri dostı, din sərvəri Məhəmməd görkli.

Məhəmmədin sağ yanında namaz qılan Əbubəkr Siddiq görkli.

Axır separə başıdır, əmmə görkli.

Hecəsinləyin düz oqınca, yasin görkli.

Qılınc çaldı, din açdı şahi-mərdan Əli görkli.

Əlinin oğulları – peyğəmbər nəvələri –

Kərbala yazısında yəzidilər əlində şəhid oldı –

Həsənlə Hüseyn iki qardaş bilə, — görkli.

Yazılıb-düzilib gögdən endi Tənri elmi Quran görkli.

Ol Quranı yazdı-düzdi,

               Üləmalar ögrəninvə köydi-biçdi

Alimlər sərvəri Osman Üffan oğlı, görkli.

Alçaq yerdə yapılubdır Tənri evi Məkkə görkli.

Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün hacı görgüli.

Sağış günündəayna görkli.

               Ayna güni oğıyanda qutbə görkli.

Qulaq urıb dinləyəndə ümmət görkli.

Minarədə banlayanda fəqih görkli,

Dizin basub oturanda halal görkli.

Dölimizdən ağarsa, baba görkli.

Ağ südni toya əmzirsə, ana görkli.

 

Yanaşıb yola girəndə qara buğır görkli.

Sevgili qardaş görkli.

Ban al-ala ev yanında dikilsə, gərdək görkli.

Uzınca tənəfi görkli. Oğəl görkli.

Qamusına bənzəmədi cümlə aləmləri yaradan

Allah-Tənri görkli

Ol ögdigim yuca Tənri dost oluban mədəd irsün, xanım, hey!

 

(mətnin müasir şəklində «görkli» sözüni «gözəldir» ya «əhsən»lə əvəz edirlər — «Ocaq»)

 

Реклама

ФЕСТИВАЛЬ С ЦЫГАНСКИМ ПОСТОЯНСТВОМ

Стандартный
ФЕСТИВАЛЬ С ЦЫГАНСКИМ ПОСТОЯНСТВОМ

16 апреля в чапаевском ДК им. А.М. Горького в шестой раз прошел VI областной межнациональный фестиваль имени Виктора Карабаненко.

Виктор Васильевич Карабаненко (1961-2009) в течение 30 лет работал танцовщиком и балетмейстером. Значительную часть жизни он посвятил Чапаевску, куда переехал в 1987 году. Работая в Домах культуры Чапаевска, он собрал талантливых цыганских детей в замечательные ансамбли «Стринго» и «Кхамаро. Его деятельность не ограничивалась культурными мероприятиями. Приходилось решать и вопросы образования цыганских детей, установления гражданства и получения документов многими жителями Чапаевска. Карабаненко был председателем чапаевской цыганской общественной организации «Романо Трае». В мае 2009 года в возрасте 48 лет он ушел из жизни. В 2010 году в Чапаевске состоялся первый областной межнациональный фестиваль памяти Виктора Карабаненко.

Организаторы нынешнего мероприятия — государственное казенное учреждение Самарской области «Дом дружбы народов», департамент культуры и молодежного развития администрации Чапаевска при поддержке социокультурного досугового комплекса Чапаевска, общественной организации «Русский культурно-просветительский центр «Наследие» Чапаевска.

В концертной программе фестиваля выступили участники хореографического коллектива ЛАСО Айсу Мустафаева и Вагиф Керимов, которым тоже выпало «цыганское счастье» — юные танцоры удостоились почетного диплома.

А нам не помешало бы не только помечтать о «цыганском счастье», но и учиться у цыган постоянству.

КАРАБАНЕНКО 1КАРАБАНЕНКО НА СЦЕНЕ ВСЕКАРАБАНЕНКО ДУЭТ С ДИПЛОМОМ

 

 

 

16 APREL 1906 — BAKIDA «DƏBİSTAN» JURNALI NƏŞRƏ BAŞLAYIB

Стандартный

DƏBİSTAN

Dəbistan jurnalı — 16 aprel 1906-cı ildə «Dəbistan» maarifçi jurnalı Bakıda nəşrə başlayıb.

«Dəbistan» adlı ilk pedaqoji jurnalın naşiri və mühərriri Əlisgəndər Cəfərzadədir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadəninadı ilə bağlıdır.

1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abdulla Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox «Dəbistan» jurnalında çap olunardı. 1906-cı ildə «Dəbistan» jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin «Allah xofu» hekayəsi onun yaradıcılığında xüsusi yer tutur.

VİKİPEDİYA

16 APREL 1945 — SOVET İTTİFAQI QƏHRƏMANI HƏBİBULLA HÜSEYNOV HƏLAK OLUB

Стандартный

həbibulla hüseynov 2

Həbibulla Hüseynov 9 oktyabr 1910-cu ildə Ərdəbil şəhərində anadan olub. 1928-ci ildə Tiflis hərbi məktəbini bitirib. Müharibənin ilk günlərindən komandir divizion vəzifəsində düşmənlə qərb istiqamətində vuruşub.

1943-cü ildə müdafiə nazirinin əmri ilə 658-ci zenit-artileriya diviziyası 268-ci qvardiya zenit-artileriyası ilə əvəz edildi və polkovnik Həbubulla Hüseynov komandir təyin edildi.

Hüseynov birləşmələri Pribaltikanın və Şərqi Prussiyanın azad edilməsində1-ci Pribaltika cəbhəsinin tərkibində vuruşub. 1945-ci ilin yazında 3-cü Belarus cəhbəsi Zenlaynd yarımadasının düşməndən azad edilməsinə başladı. Faşistlərin əks hücümlarının ardı-arası kəsilmirdi. Düşmən nəyin bahasına olursa-olsun Pillau rayonuna daxil olmaq istəyirdi, çünki oradan gəmilər vasitəsilə təxliyə olmaq hələ də mümkün idi. Əsasən Qaydau kəndi yaxınlığında vəziyyət daha da gərgin idi. Burada almanlar tankların köməyi ilə sovet müdafiəsini yarıb keçmişdilər. Bu vəziyyətdə polkovnik zenit hissələrinə irəli əmrini verir və düşmənin tanklarını birbaşa hədəfə alır.

6 aprel 1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini tərk edir və döyüşə şəxsən rəhbərlik edir. Düşmən durdurulur və geriyə cəkilməyə məcbur olur. Bu döyüşdə diviziya komandiri polkovnik Həbibulla Hüseynov qəhrəmancasına həlak oldu.

29 iyun 1945-ci ildə SSRI ALi Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə qvardiya polkovniki Hüseynov Həbibulla Eynulla oğlu Sovet ittifaqı qəhramanı adına layiq görüldü( ölümündən sonra).

vikipediya

16 APREL — ŞUŞALI MİLLİ QƏHRƏMAN RİZVAN TEYMUROVUN DOĞUM GÜNÜ

Стандартный

Rizvan-Teymurov-milliqehreman.jpg

Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində yaranan polis alayına yazılmışdır.

Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

vikipediya

16 APREL — ƏFSANƏVİ BƏSTƏKAR QƏNBƏR HÜSEYNLİNİN 100 İLLİYİ

Стандартный

 

qemberhuseynli

Hüseynli Qənbər Məşədi Muxtar oğlu  — (16 aprel 1916 – 1 avqust 1961) — Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1961).

Qənbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. “Rast”ı, “Şur”u, “Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tutanda…

1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.

Lakin Qənbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qənbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir.

Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.

Ancaq bəstəkarın mahnı çələngində bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var — “Cücələrim”. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.

“Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

vikipediya