DƏDƏ QORQUD SOYLAMIŞ: “ƏR, MALINA QIYMAYINCA ADI ÇIQMAZ…”

Стандартный

Allah-allah deməyincə işlər onmaz,

Qadir Tənri verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz,

Əcəl vədə verməyincə kimsə ölməz.

Ölən adam dirilməz, çıxan can gerü gəlməz.

Bir yigidin qara tağ yumrısınca malı olsa,

Yığar-dərər, tələb eylər, nəsibindən

            Artuğın yeyə bilməz.

Ulaşuban sular taşsa, dəniz tolmaz,

Təkəbbürlük eyləyəni Tənri sevməz.

Könlin yuca tutan ərdə dövlət olmaz.

Yad oqlı saqlamaqla oğul olmaz – böyüyəndə

             Salur gidər, gördüm diməz…

Kül təpəcik olmaz. (Güyəgü oğul olmaz)

Qara eşək başına üyən ursan, qatır olmaz.

Qaravaşa don geyürsən, qadın olmaz.

Yapa-yapa qarlar yağsa, yaza qalmaz.

Yapağlu kökçə çəmən güzə qalmaz.

Əski panbuq bez olmaz.

Qarı düşmən dost olmaz.

Qarağuca qıymayınca yol alınmaz.

Qara polad uz qılıncı çalmayınca qırım dönməz.

Ər, malına qıymayınca, adı çıqmaz.

Qız anadan görməyincə ögit almaz.

Oğul atadan görməyincə süfrə çəkməz.

Oğul atanın yetiridir, iki gözinin biridir.

Dövlətli oğul qopsa, ocağının közidir.

Oğuldəxi neyləsün, baba ölüb mal qalmasa.

Baba malından nə faidə, başda dövlət olmasa…

Dövlətsiz şərrində allah saqlasun, xanım, sizi.

 

 

Обсуждение закрыто.