Daily Archives: 15.04.2016

DƏDƏ QORQUD SOYLAMIŞ: «AZIB GƏLƏN QƏZAYI TANRI SAVSIN…»

Стандартный

Dədə Qorqut bir daxi soylamış, görəlim, xanım, nə söyləmiş:

Getdikdə yeriş otlaqların keyik bilür.

Kənəz yerlər çəmənlərin qulan bilür.

Ayru-ayru yollar izin dəvə bilür.

Yeddi dərə qoxuların dülkü bilür.

Dünlə karvan keçdigin turğay bilür.

Oğlu kimdən olduğun ana bilür.

Əris ağzın yeynisin at bilür.

Ağır yüklər zəhmin qatır bilür.

Nə yerdə sırılır varsa, çəkən bilür.

Ğafil başın ağrısın beyin bilür.

Qolça qopuz götürüb, elədən elə, bəgdən-bəgə ozan gəzər.

Ər comərdin, ər nakəsin ozan bilür.

El-evünüzdə çalub-ayıdan ozan olsun.

Azub gələn qəzayı Tənri savsın, xanım, hey

Реклама

DƏDƏ QORQUD SOYLAMIŞ: “ƏR, MALINA QIYMAYINCA ADI ÇIQMAZ…”

Стандартный

Allah-allah deməyincə işlər onmaz,

Qadir Tənri verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz,

Əcəl vədə verməyincə kimsə ölməz.

Ölən adam dirilməz, çıxan can gerü gəlməz.

Bir yigidin qara tağ yumrısınca malı olsa,

Yığar-dərər, tələb eylər, nəsibindən

            Artuğın yeyə bilməz.

Ulaşuban sular taşsa, dəniz tolmaz,

Təkəbbürlük eyləyəni Tənri sevməz.

Könlin yuca tutan ərdə dövlət olmaz.

Yad oqlı saqlamaqla oğul olmaz – böyüyəndə

             Salur gidər, gördüm diməz…

Kül təpəcik olmaz. (Güyəgü oğul olmaz)

Qara eşək başına üyən ursan, qatır olmaz.

Qaravaşa don geyürsən, qadın olmaz.

Yapa-yapa qarlar yağsa, yaza qalmaz.

Yapağlu kökçə çəmən güzə qalmaz.

Əski panbuq bez olmaz.

Qarı düşmən dost olmaz.

Qarağuca qıymayınca yol alınmaz.

Qara polad uz qılıncı çalmayınca qırım dönməz.

Ər, malına qıymayınca, adı çıqmaz.

Qız anadan görməyincə ögit almaz.

Oğul atadan görməyincə süfrə çəkməz.

Oğul atanın yetiridir, iki gözinin biridir.

Dövlətli oğul qopsa, ocağının közidir.

Oğuldəxi neyləsün, baba ölüb mal qalmasa.

Baba malından nə faidə, başda dövlət olmasa…

Dövlətsiz şərrində allah saqlasun, xanım, sizi.

 

 

ŞƏHİD RÜSTƏM ƏHMƏDOVUN MİNGƏÇEVİRDƏ DƏFNİ

Стандартный

Şəhidimiz son mənzilə izdihamla yol salındı

http://www.qafqazinfo.az/xeber-1/sehidimiz-son-menzile-izdihamla-yol-salindi-fotolar-144204

“Şəhidimiz son mənzilə izdihamla yol salındı -  Fotolar

Aprelin 14-də Ermənistan silahlı birləşmələrinin təxribatı nəticəsində şəhid olan kiçik çavuş Rüstəm Əhmədov son mənzilə yola salınıb.

Əllərində Azərbaycan bayrağını tutmuş izdiham tabutun arxasınca şəhidlər xiyabanına yürüş edib. 33 yaşlı Rüstəmin şərəfi uğrunda canından keçdiyi üç rəngli bayrağı təhvil alan ata oğlunun şəhadəti ilə fəxr etdiyini qeyd edib.

Şəhidin atası Oruc Əhmədov deyib: “ Biz balalarımızın və cəmi şəhidlərimizin qanını yerdə qoymayacağıq. Torpaqlarımızı düşməndən azad edəcəyik.

Şəhidimiz son mənzilə izdihamla yol salındı -  Fotolar

15 APREL 1917 — BAKIDA QAFQAZ MÜSƏLMANLARININ BÖYÜK QURULTAYI AÇILIB

Стандартный
15 APREL 1917 — BAKIDA QAFQAZ MÜSƏLMANLARININ BÖYÜK QURULTAYI AÇILIB

1917-ci il aprel ayının əvvəllərində Bakıda, Qafqaz müsəlmanlarının böyük qurultayı çağrılmışdı. Qurultaya Azərbaycan, Şimali Qafqaz müsəlmanlarl ilə yanaşı Ermənistan və Gürcüstan yaşayan müsəlmanların da nümayəndələri gəlmişdi. Qurultayın gündəliyində Qafqaz müsəlmanlarının inqilabdan nə istədikləri müzakirə olunmalı və öz taktikaları təyin edilməli idi. Bitərəf qrup adı ilə qurultayda iştirak edən Əlimərdan bəy Topçubaşov qurultaya rəhbərlik edirdi. “Rusiya müsəlmanları ittifaqı” partiyasının lideri olan Ə.M.Topçubaşov bu qurultayda mənsub olduğu xalqın siyasi şüur yönündən inkişaf etdiyini görüncə çox sevinirdi.

Qurultay aşağıda qeyd olunan çox əhəmiyyətli siyasi tələbləri qərarlaşdıraraq öz işini bitirdi:

Qafqaz müsəlmanları qurultayı, milli, siyasi məqsədlər haqqında məsələni müzakirə edərək müsəlman millətlərinin mənafeyini ən çox təmin edən, Rusiya şəkli idarəsinin məhəlli federasiya qurulan xalq cümhuriyyəti olunduğunu qərara alır.

İslam dinindən olan bütün millətlərin dini də mədəni əlaqələrini nəzərə alaraq Qafqaz müsəlman qurultayı bütün Rusiya müsəlmanlarından ötrü qanunverici səlahiyyətə malik ümumi bir idarə qurulmasını lazım bilir.

Qurultayda bu iki maddəlik qərarın böyük çoxluqda səs toplamasında Müsavat, Türk Adəmi mərkəziyyət partiyalarının, bitərəf qrupların birgə səylərinin böyük rolu olmuşdur

http://rasulzade.org/ideology/5_26.html

Qafqaz müsəlmanlarının I Qurultayı 1917-ci ilin aprelində Bakıdakı İsmailiyyə binasında öz işinə başladı. Qurultayın işində Azərbaycanın bütün bölgələrindən, Dağıstan, Basarkeçər, Borçalıdan gələn nümayəndələr iştirak edirdi. Qurultay iştirakçıları iki məzhəb arasında mövcud olan ixtilaflara etiraz əlaməti olaraq günorta namazı vaxtı nümayişkaranə şəkildə İsmailiyyədən Təzəpir məscidinə yollandılar. Din xadimləri, eləcə də hər iki məzhəbdən olan yüzlərlə dindar dəstəmaz alaraq məsciddə birgə namaz qıldılar. Vaxtı ilə çarizm tərəfindən qızışdırılan sünni-şiə ixtilafına son qoymaq üçün namazdan sonra şeyxülislamla müfti qucaqlaşıb bir-birini öpdülər və and içdilər ki, bu ədavəti aradan qaldırmağa çalışacaqlar. Qurultayda sünni və şiə məzhəblərinə parçalanmaya son qoymaq haqqında qərar qəbul olundu. Bakıda həmin dövrdə nəşr olunan qəzetlərdə Təzəpirin axundu Ağa Əlizadənin qurultayın təşkili ilə bağlı fəaliyyətinə xüsusi yer ayrılmışdır.

http://www.qafqazislam.org/az/page/29-8-seyxulislam-axund-aga-aliz