GÖRKƏMLİ YAZIÇI VƏ DÖVLƏT XADİMİ NƏRİMAN NƏRİMANOVUN DOĞUM GÜNÜ

Стандартный

Nariman_Narimanov_taken_in_1913Nəriman Nərimanov 1913-cü ildə

Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu (14 aprel 1870, Tiflis,  mart, 1925, Moskva, Rusiya) — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925).

 O, bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının («Bahadır və Sona») və ilk tarixi faciənin («Nadir şah») banisi kimi qalır.

 Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat «Hümmət» təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini azərbaycan dilinə çevirmişdir. 1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov «Hümmət» Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, «Hümmət» qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilir. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

vikipediya

«Nadir şah» faciəsi burda: http://www.azadliq.org/content/article/3554851.html

Реклама

Обсуждение закрыто.