14 APREL — ŞƏHİD JURNALİST ALİ MUSTAFAYEVİN DOĞUM GÜNÜ

Стандартный

alimustafayevllwqs

Mustafayev Alı Mustafa oğlu — telejurnalist, publisist, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı.

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur.  1971-1976-ci illərdə Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan — qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990).

1991-ci il fəaliyyətinə görə «İlin ən yaxşı jurnalisti» mükafatına layiq görülmüşdür.

1991-ci il 19 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

vikipediya

 

Обсуждение закрыто.