13 APREL 1992 — MİLLİ QƏHRƏMAN SADIQ HÜSEYNOV HƏLAK OLUB

Стандартный

Sadıq Hüseynov (milli qəhrəman)

Sadıq Hüseynov  29 iyul 1969-cu ildə Ağcabədi rayonunun  Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır.

Ermənilərin  silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girirdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.

Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.

vikipediya

 

Реклама

Обсуждение закрыто.