Daily Archives: 13.04.2016

13 APREL 1918 — TRABZON KONFRANSININ SONU, OSMANLIYA MÜHARİBƏ ELANI

Стандартный

13 aprel 1918 — Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib

Azərbaycanlı fraksiyası qərara qoşulmamışdı. Qərar formal xarakter daşıyırdı, çünki Seymin real ordu qüvvəsi yox idi. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başladı. Mayın əvvəlində Zaqafqaziya hökuməti Türkiyə ilə yeni danışıqlara (Batum da) razılıq verdi.

Трапезундские переговоры — мирная конференция между представителями Закавказского Сейма и Османской империей, которая проходила в турецком городе Трабзоне с 12 марта по 13 апреля 1918 года. Целью переговоров было завершение участия Закавказья в Первой Мировой войне. Представители Сейма настаивали на возвращении к границам 1914 года и самоопределении восточной Анатолии. Турецкая делегация требовала признания Сеймом Брест-Литовского мирного договора, согласно которому Батуми, Карс и Ардахан, также как и Закавказские территории занятые Турцией c момента начала военных действий, должны были быть признаны частью Турции. Армянская и грузинская делегации были против принятия этих требований, но азербайджанская делегация была согласна принять их, так как спорные территории к ним не относились и среди азербайджанских делегатов были распространены пантюркистские настроения. Немусульманское большинство Сейма проголосовало за войну против Османской Империи 13 апреля, и на следующий день закавказская делегация была отозвана в Тбилиси.

В ответ османская армия начала наступление и заняла Батуми, но была остановлена у Карса. 22 апреля Турция и Закавказский Сейм договорились о перемирии и возобновлении мирных переговоров. Под давлением со стороны Турции, 22 апреля 1918 года Сейм принял декларацию о независимости и создании Закавказской Демократической Федеративной Республики. 11 мая переговоры возобновились в городе Батуми.

османская империя

 

Реклама

13 APREL 1992 — MİLLİ QƏHRƏMAN SADIQ HÜSEYNOV HƏLAK OLUB

Стандартный

Sadıq Hüseynov (milli qəhrəman)

Sadıq Hüseynov  29 iyul 1969-cu ildə Ağcabədi rayonunun  Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır.

Ermənilərin  silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girirdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.

Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.

vikipediya

 

13 APREL 1992 — MİLLİ QƏHRƏMAN FİRUDDİN ŞAMOYEV HƏLAK OLUB

Стандартный

Firuddin Şamoyev

Firuddin Şamoyev  1962-ci il 7 fevral Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.

«N» saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

vikipediya