Daily Archives: 12.04.2016

ŞƏHİD MƏHƏBBƏT MİRZƏYEV BEYLƏQANDA DƏFN EDİLİB

Стандартный

Mirzəyev Məhəbbət Zaman
Azərbaycan Silahlı Qüvvələrinin ermənilərlə döyüşdə şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Mirzəyev Məhəbbət Zaman oğlu doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində dəfn olunub.
Dəfn mərasimində Beyləqan və Xocavənd rayon İcra hakimiyyətlərinin rəhbərliyi, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər iştirak edib.
Реклама

ŞƏHİD RƏŞİD BAXŞƏLİYEV SUMQAYITDA DƏFN EDİLİB

Стандартный

2.

RƏŞİD BAXŞƏLİYEV.jpg

Cəbhədəki döyüşlərdə şəhid olan 1996-cı il təvəllüdlü Baxşəliyev Rəşid Əliağa oğlu ilə izdihamlı vida mərasimi keçirilib.

AzVision.az-ın məlumatına görə, şəhidimizlə Abşeron Gənclər Şəhərciyində baş tutan vida mərasimində xeyli vətəndaş iştirak edib.

Əslən Zəngilan rayonunda olan şəhid Rəşid Baxşəliyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

12 APREL — GÖRKƏMLİ MAARİFÇİ VƏ TEATR XADİMİ ƏBÜLQASIM SULTANOVUN DOĞUM GÜNÜ

Стандартный

Əbdülqasım_Sultanov

Sultanov Əbülqasım (12.4.1866, Naxçıvan ş. – 1916, İran, Qəzvin ş.) – ziyalı, maarif və teatr xadimi.

Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896-1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun «Müsyö Jordan və Dərviş Məstəli şah» komediyasında Gülçöhrə, E.Sultanovun «Azərbaycan qızı» pyesində Sənəm, Ə.Haqverdiyevin «Dağılan tifaq» faciəsində Sona xanım, «Pəri-Cadu» dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasında Məcnunun atası, Z. Hacıbəyovun «Əlli yaşında cavan» musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı «Ədəbiyyatşünaslıq dəftəri» icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi «Ədəbi nümunələr müntəxəbatı»nda 19 əsr — 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmışdır. Ciddi elmi-siyasi əhəmiyyətə malik «İranda qayda-qanun yoxdur» (1912) adlı fəlsəfi-publisistik traktatı var.

 

12 APREL 1903 — «ŞƏRQİ-RUS» QƏZETİNİN İLK SAYI ÇAPDAN ÇIXIB

Стандартный
12 APREL 1903 — «ŞƏRQİ-RUS» QƏZETİNİN İLK SAYI ÇAPDAN ÇIXIB

1902-ci ildə Məhəmməd ağa Şahtaxtinski xaricdən Rusiyaya qayıtdıqdan sonra öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçüb mətbəə təşkil edir. Yeni qəzet çıxarmaq haqqında hökumətə ərizə verir.

MƏHƏMMƏD AĞA ŞAXTAXTİNSKİ

«Şərqi – rus» qəzetinin birinci nömrəsi 1903-cü il martın 30-da (yeni üsulla aprelin 12-də) çıxmışdır. Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir.

ŞƏRQİ-RUS

Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. «Şərqi – rus»un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı.

Tənqiddə liberallıq «Şərqi – rus»a bəzən çox baha başa gəlirdi. Məsələn, qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin, prinsipial cavablar verir, onları «Hacı Zeynalabdinin qələm qoçuları» adlandırırdı. Məqalələrin birində qəzet yazırdı: «Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir? Bunlar… ac qurdlardır ki, neft sayəsində dövlətlənən Bakıya yığılıb, Əlinin börkünü Vəlinin başına qoyub, ciblərini doldururlar. Məzəsi budur ki, boylə çapovulçuların hələ iddiası odur ki, mən bunları pişvayi-islam tanıyıb, bunların rəzalətini millət nəzərində fəzilət göstərəm»

» Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır.