Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəlir.
1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə «çərik» kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.
Ailəli idi. Yeddi övladı var.
16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmala ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir
vikipediya
Для отправки комментария необходимо войти на сайт.