ŞƏHİD ROYAL NƏSİROV CƏLİLABADDA DƏFN OLUNUB

Стандартный
ŞƏHİD ROYAL NƏSİROV CƏLİLABADDA DƏFN OLUNUB

 

Aprelin 2-dən 3-nə keçən gecə cəbhənin təmas xəttində baş verən döyüşlərdə şəhid olan Cəlilabad rayon Məlikqasımlı kənd sakini Nəsirov Röyal İmran oğlu hazırda doğulduğu kənddə dəfn olunur. 

Azadinform xəbər verir ki, 1997-ci il təvəllüdlü Röyal Nəsirov Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkilləri Mirkazım Kazımov, Malik Həsənov, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Qeyd edək ki, Röyal Nəsirovun meyiti dünən ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından çıxarılıb.

 

celo1.jpg

 

 

 

celo4.jpg

 

 

celo6.jpg

Обсуждение закрыто.