Daily Archives: 08.04.2016

LƏNKƏRANDA GİZİR RUSİF AĞAYEVİN DƏFNİ

Стандартный

 

“Lənkəran daha bir şəhidini torpağa tapşırdı -  Fotolar

http://www.qafqazinfo.az/qafqaz-7/lenkeran-daha-bir-sehidini-torpaga-tapsirdi-fotolar-143381

Aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunli kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş giziri, Rusif İbrahim oğlu Ağayev doğulduğu Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn olunub.

«Qafqazinfo»ya daxil olan məlumata görə, dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üşrəngli bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olan Rusif Ağayev 2005-cı ildə Lənkəran Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra könulü olaraq xidmətini davam etdirib. Ailəli olub, iki uşaq atasıdır.
Lənkəran daha bir şəhidini torpağa tapşırdı -  Fotolar
Lənkəran daha bir şəhidini torpağa tapşırdı -  Fotolar
Lənkəran daha bir şəhidini torpağa tapşırdı -  Fotolar

Реклама

8 APREL — AĞDABAN FACİƏSİNİN İLDÖNÜMÜ

Стандартный

 

AĞDABAN

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum  edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.

2014-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində Azərbaycanın Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri Kəlbəcər faciəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət ünvanlayıblar. Müraciətdə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində erməni ordusu tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırım aktı olduğu qeyd edilib.

http://1905.az/agdaban-faciəsi/