7 APREL — MİLLİ QƏHRƏMAN İNTİQAM ATAKİŞİYEVİN DOĞUM GÜNÜ

Стандартный

İNTİQAM

İntiqam Atakişiyev  7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində doğulmuşdur. 1991-ci il buradakı Tüntül kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə Milli Orduya çağırılır. Yüksək əsgəri keyfiyyətini nəzərə alıb onu Türkiyəyə göndərirlər.

İntiqam cəbhədə özünəməxsus ad qoymuşdu. Ağdam, Tərtər, Qubadlıda ən qaynar döyüşlərə girərək erməni faşistlərini məhv etmişdi. Murovdağ döyüşlərindən birində yaralanmasına baxmayaraq silahı yerə qoymadı. Müalicə olunan kimi yenidən cəbhəyə döndü. 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində şücaət göstərdi. Onu, «N» saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

 

Реклама

Обсуждение закрыто.