Daily Archives: 06.04.2016

GİZİR ORXAN HÜMBƏTOV ŞƏKİDƏ DƏFN OLUNUB

Стандартный

ORXAN HÜMBƏTOV

MAYOR RASİM MƏMMƏDOV CƏHRİDƏ DƏFN EDİLİB

Стандартный
MAYOR RASİM MƏMMƏDOV CƏHRİDƏ DƏFN EDİLİB

RASİM MƏMMƏDOV

Batalyon komandiri mayor Rasim Əbdül oğlu Məmmədov doğulduğu Naxçıvan Muxtar Respublikası Babək Rayonunun Cəhri kəndində torpağa tapşırılıb. Zabit Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə həyatını itirib.

Mərhumun məktəb yaşlı 2 övladı qalıb.

RASİM MƏM

SUMQAYITDA ZABIT RAQUB ORUCOVUN DƏFNI

Стандартный
SUMQAYITDA ZABIT RAQUB ORUCOVUN DƏFNI

Minlərlə səhər sakini Raqub Orucovu son mənzilə yola saldı..

Bəlkə də bu dəhliz indiyə qədər bu qədər izdiham görməmişdi. Ola bilsin ki, bu dəhliz döşəmələri indiyə qədər bu qədər insan ayaqları altında qalmamışdı. Amma indi bu məkan insan izdihamına qucaq açdı. Çünki sumqayıtlılar bu gün bir vaxtlar həmin dəhlizdə iri addımlarla addımlayan polkovnik-leytenant Raqub Orucovu son mənzilə yol salmaq üçün cəmləşmişdilər.

Unikal.org-un məlumatına görə, cəbhə yoldaşları Raqub Orucovun qəhrəmanlıqlarından danışdıqca insanın bədənində qan coşurdu. İnsanın qəlbindən bir hiss keçirdi. Düşmən üzərinə hücum etmək və zəfər çalmaq…

Şəhidin cənazəsini alqışlar və coşqularla qarşılayan Sumqayıt sakinlərinin sayı isə 5 mindən çox idi. Cəbhə yoldaşları şəhidin qanının yerdə qalmayacağına söz verdiər. Onlar işğal altında olan torpaqlarımızın mütləq geri qaytarılacağını bildirdilər.

«Şəhidlər olməz, Vətən bolunməz”, «Rus, fars, erməni, bunlar türkün düşəni”, «Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq” və s. şüarlar qulaq batırırdı. Havada Azərbaycan və Türk bayraqları dalğalanırdı.

Şəhidimiz dəfn olunanda hava da tutqun idi. Sanki buludlar da dolmuşdu. Şəhidin ardınca sanki göylər də ağlamaq istəyirdi. Şəhidin doğmaları və və onu son mənzilə yola salmağa gələnlər kimi …

«Anacan söz verirəm ki, sənin qisasını alacağam. Mən sənsiz yaşaya bilmərəm. Sənin yanına üzüqara gəlməyəcəyəm”. Bu sözləri Raqub Orucov anası şəhid olandan sonra demişdi. Şəhidin qohumu Fəzilə xanım bildirib ki, Raqub Orucovun anası da erməni gülləsinə tuş gəlib. Məhz ondan sonra Raqub silahla «dostlaşıb”. Onun tək arzusu anasının qisasını almaq və vətən uğrunda şəhid olana qədər vuruşmaq olub.

Qonşuları unikal.org-a açıqlamalarında bidirdilər ki, Raqub Orucov çox sadə və mehriban adam idi. Bütün qonşularla mehribancasına görüşərmiş. Hər kəslə xoş rəftar edərmiş. Ehtiyacı olanlara əlindən gələn köməkliyi əsirgəməzmiş.

 

http://unikal.org/sonxeber/15104-bayram-seferov-ermenilere-muraciet-etdi-danishiqlari-qisa-zamanda-deyerlendirmelidirler.html