Daily Archives: 05.04.2016

5 APREL — BƏSTƏKAR ASƏF ZEYNALLININ DOĞUM GÜNÜ

Стандартный

ASƏF ZEYNALLI

Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının «Sevil», «Qayıdış», X. Nəzirli və S. Rüstəmin «Alov», A. Həmidin «Hind qızı», V. Kirşonun «Küləklər şəhəri» əsərlərinə musiqi bəstələmiş, «Uşaq süitası» əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi «Ölkəm» romansı ən məşhur əsəri hesab olunur.

Asəf Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat etmişdir. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

 

Реклама

ZƏNGİLAN ƏSİLLİ ƏSGƏR MÜŞFİQ ORUCOV HƏLAK OLUB

Стандартный

ORUCOV MÜŞFİQ ARİF OĞLU

Azərbaycan mətbuatında olan məlumata görə, universitet məzunu Müşfiq Arif oğlu Orucov ailənin yeganə oğlu imiş.

 

 

LEYTENANT RƏŞİD MEHDİYEV SALYANIN XALAC KƏNDİNDƏ DƏFN EDİLİB

Стандартный
LEYTENANT RƏŞİD MEHDİYEV SALYANIN XALAC KƏNDİNDƏ DƏFN EDİLİB

Salyan rayonun Xələc kəndində 1990-cl ildə anadan olmuş baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu dünən Tərtərdə gedən döyüşlərdə şəhid olub. 

Şəhid zabit bu gün səhər saat 10-da doğulduğu kəndə gətirilərək dəfn edilib. Dəfndə rayon rəhbərliyi, millət vəkili Əliağa Hüseynov və bütün rayon ictimaiyyəti iştirak edib. 

Dəfn mərasimində izdiham yaşanıb. Şəhidin atasına Azərbaycanın bayrağı verilib. Onun qulluq etdiyi hərbi hissənin zabitləri yaylım atəşi açıblar. 

 

XALAC 3

XALAC 1

http://musavat.com/news/olke/shehid-zabitimiz-son-menzile-yola-salindi-fotolar-video_337541.html

5 APREL — MİLLİ QƏHRƏMAN ŞÖVQİYAR ABDULLAYEVİN DOĞUM GÜNÜ

Стандартный

Abdullayev Şövqiyar Cəmil oğlu 

ШовгиярАбдуллаев

 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir.

1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal,Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

 5 fevral 1993-cü il tarixli fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir

5 APREL — MİLLİ QƏHRƏMAN ETİBAR HACIYEVİN DOĞUM GÜNÜ

Стандартный

Hacıyev Etibar Firudin oğlu

Этибар_Гаджиев

Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Göygöl rayonunda dəfn edilmişdir.

Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.