Sülеymanоv Nurəddin Əmirхan оğlu — şəhid.
Sülеymanоv Nurəddin Əmirхan оğlu 17 may 1974-cü ildə indiki Еrmənistan Rеspublikasının Vardеnis rayonunun Daşkənd kəndində anadan оlmuşdur..
1981-1988-ci illərdə Daşkənd orta məktəbində oxumuş 1988-ci ildə Göyçə mahalından məcburi köçkün olaraq Azərbaycana Bakı şəhərinə pənah gətirmişdir. 1988-ci ildən 1992-ci illərdə Bakı şəhəri Nəriman Nərimanov rayonunda orta məktəbi bitirmişdir.
25 avqust 1992-ci ildə Bakı şəhəri Nərimanov RHK-dan hərbi xidmətə çağırılmışdır.
08.1992-02.1993-cü illərdə Türkiyədə hərbi təlimdə olmuşdur. 701-ci hərbi hissənin avtomatçısı olmuşdur.
Sülеymanоv Nurəddin Əmirхan оğlu 4 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
vikipediya