4 APREL — SALYANLI XALQ ARTİSTİ ƏLİ ZEYNALOVUN DOĞUM GÜNÜ

Стандартный

Əli_Zeynalov

Əli Yusif oğlu Zeynalov (1913 — 1988) — Azərbaycan xalq artisti (1964), Ermənistan əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965), görkəmli aktyor.

Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.[1]

Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı «Şeyda» tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.

İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib.İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda «səhnə danışığı» fənnindan dərs deyib.

Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.

 

Обсуждение закрыто.