Daily Archives: 04.04.2016

4 APREL — MİLLİ QƏHRƏMAN RAFAEL HƏBİBOVUN DOĞUM GÜNÜ

Стандартный

RAFAEL HƏBİBOV

Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur.

 O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.

Respublikamızın ərazi ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir.

1992-ci il iyulun 6-da çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.

Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır.

vikipediya

 

Реклама

AŞAĞI QARAMANLIDA ELİMDAR SƏFƏROVUN DƏFNİ

Стандартный

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun şəhid olan giziri Səfərov Elimdar Səlimxan oğlu bu gün dəfn edilib

24 yaşlı gizir Neftçala rayonunun Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.

Burdan götürülüb:https://www.facebook.com/Neftchala/?fref=ts

 
Neftçala adlı birinin şəkli.
Neftçala adlı birinin şəkli.
Neftçala adlı birinin şəkli.
Neftçala adlı birinin şəkli.

4 APREL — SOVET İTTİFAQI QƏHRƏMANI QƏZƏNFƏR ƏKBƏROVUN DOĞUM GÜNÜ

Стандартный

Qəzənfər_Əkbərov

Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.

1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur.

VİKİPEDİYA

4 APREL — SALYANLI XALQ ARTİSTİ ƏLİ ZEYNALOVUN DOĞUM GÜNÜ

Стандартный

Əli_Zeynalov

Əli Yusif oğlu Zeynalov (1913 — 1988) — Azərbaycan xalq artisti (1964), Ermənistan əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965), görkəmli aktyor.

Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.[1]

Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı «Şeyda» tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.

İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib.İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda «səhnə danışığı» fənnindan dərs deyib.

Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.

 

ŞƏHİDLƏRİ UNUTMAYAQ: NURƏDDİN SÜLEYMANOV

Стандартный

Sülеymanоv Nurəddin Əmirхan оğlu — şəhid.

Sülеymanоv Nurəddin Əmirхan оğlu 17 may 1974-cü ildə indiki Еrmənistan Rеspublikasının Vardеnis rayonunun Daşkənd kəndində anadan оlmuşdur..

1981-1988-ci illərdə Daşkənd orta məktəbində oxumuş 1988-ci ildə Göyçə mahalından məcburi köçkün olaraq Azərbaycana Bakı şəhərinə pənah gətirmişdir. 1988-ci ildən 1992-ci illərdə Bakı şəhəri Nəriman Nərimanov rayonunda orta məktəbi bitirmişdir.

25 avqust 1992-ci ildə Bakı şəhəri Nərimanov RHK-dan hərbi xidmətə çağırılmışdır.

08.1992-02.1993-cü illərdə Türkiyədə hərbi təlimdə olmuşdur. 701-ci hərbi hissənin avtomatçısı olmuşdur.

Sülеymanоv Nurəddin Əmirхan оğlu 4 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

vikipediya