1 APREL — MİLLİ QƏHRƏMAN QORXMAZ EYVAZOVUN DOĞUM GÜNÜ

Стандартный

Qorxmaz_Eyvazov

Qorxmaz Abış oğlu Eyvazov   1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-1984-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış,Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir.

Qorxmaz Eyvazovun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Eyvazov Qorxmaz bu döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

VİKİPEDİYA

Обсуждение закрыто.