DAHA İKİ HƏRBÇİ ÖLDÜRÜLÜB — MÜDAFİƏ NAZİRLİYİ XARİCİ KÖMƏYƏ ÇAĞIRIR

Стандартный
DAHA İKİ HƏRBÇİ ÖLDÜRÜLÜB — MÜDAFİƏ NAZİRLİYİ XARİCİ KÖMƏYƏ ÇAĞIRIR

 

 MÜDAFİƏ NAZİRLİYİNDƏN
Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni

tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan

dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb. 
Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində

gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən

Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan

dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.
Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri

Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa

cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində

düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə

müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə

məcbur edilib. 
Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin

zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu

həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə

dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun

əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib. 
Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə

əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları

növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə

müvafiq qiymət verməyə çağırır.

Обсуждение закрыто.