26 MART — GÖRKƏMLİ KOMEDİOQRAF SABİT RƏHMANIN DOĞUM GÜNÜ

Стандартный

Sabit_Rehman

Сабит Рахман (наст. Сабит Керим оглы Махмудов). 26 марта 1910 года, Нуха (Шеки) — 23 сентября 1970 года, Баку — азербайджанский советский писатель, драматург и сценарист, заслуженный деятель искусств Азербайджанской ССР (1943).

Один из зачинателей азербайджанской советской комедии

Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910-1970) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar

Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — «Pozğun» 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur «Arşın mal alan» və «O olmasın, bu olsun», «Koroğlu», «Əhməd haradadır?» filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Bəstəkar Emin Sabitoğlunun atasıdır.

Musiqişünas Ceyran Mahmudovanın babasıdır.

 

 

Обсуждение закрыто.