MART 1918 -ŞAMAXININ MƏRZƏLİ KƏNDİNDƏ QIRĞIN

Стандартный
MART 1918 -ŞAMAXININ MƏRZƏLİ KƏNDİNDƏ QIRĞIN

AKT

Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.111, l.130-132.

Biz, Şamaxı qəzasının Mərzəli kəndinin sakinləri 12 noyabr 1918-ci ildi yığıncağa toplaşaraq aşağıdakı aktı tərtib edirik:

1.Ermənilər tərəfindən kəndimiz darmadağın edilənə kimi 900 evdən və 8314 nəfər əhalidən ibarət idi.

2.Elə həmin ermənilər kəndi talan edərkən 512 ev yandırıldı və 963 adam öldürüldü. (Bundan sonra kəndin öldürülən sakinlərinin siyahısı və vurulan ziyanların məbləği pul vahdi ilə göstərilir).

Dindiriş protokolu 1918- ci il noyabrın 15 günü Şamıxı FİK-sı Azərbaycan hökuməti yanında aşağıda adıçəkiləni zərərçəkən qismində mad. UUS əməl edərək dindirmişdir

Mənbə: MDAor AzSSR, f.1061, op.1. i.111, l.133.

Mənim adım İbrahim Xəlil Tapdıq oğludur. Şamaxı qəzasının Mərzəli kəndi üzrə kəndxudayam. 55 yaşım var, savadlıyam.

Bizim kəndimiz elə Mərzəli adlanan malakan kəndinin qonşuluğunda, bir kilometr aralıqda yerləşir. Şamaxı şəhərinin birinci dəfə yerlə yeksan edildikdən sonra, Qaziyə kəndindən Gəncə müsəlmanları geriyə çəkildikləri zaman, biz adı yuxarıda deyilən malakan kəndində əksəriyyəti ermənilərdən ibarət olan kənar adamların çoxsaylı axınının şahidi olduq. Elə bu zaman Bakıya getmiş iki malakan — İvan Koroyev və Vitali Popov naməlum şəxslərlə geri qayıtdıqdan sonra, həmin adamlar bizim kəndin ağsaqqallarının onların yanına göndərilməsini tələb etdilər; görüşdə kənddə olan bütün silahların onlara təhvil verilməsini və bolşeviklərin hakimiyyətinin tanınmasını təklif etdilər; onlar həmçinin deyirdilər ki, tezliklə Bakıdan onların baş rəisləri gələcək. 

Dediyimiz adamlardan möhlət alaraq, biz vəziyyətimizi müzakirə etməyə başladıq. Aramızdan bəziləri naməlum, şəxsiyyəti bəlli olmayan insanların heç bir təklifinə inanmamaq qərarına gəldi, və hər hansı ehtimala qarşı ermənilərlə birləşən malakanlar tərəfindən basqınlardan ehtiyat edərək, ailələrini on- on beş kişinin mühafizəsi altında «Qəbristan» adlanan qışlaqramıza yola saldılar. Lakin kənd əhalisini böyük əksəriyyəti sonra nələrin baş verəcəyini gözləməyi qərara alaraq, təhlükəsizlik tədbirlərinə əl atmadan qaldılar.

 

İki gündən sonra kəndin hörmətli adamları yenə də malakan kəndinə çağrıldılar. Biz öz ağsaqqallarımızın yolunu gözləyirdik. Nəhayət malakanlar onlarla bir yerdə olan erməni dəstələri ilə kəndimizə hücum edərək, evləri yandırdılar. Onda bizim kəndin əhalisindən 963 adam öldürüldü, 400 ev yandırılaraq, tar-mar edildi.

 

Dindirilənin imzası

Komissiyanın üzvü (imza)

 

Kargüzar (imza)

http://soyqirim.tr.gg/AXC-d—k1-1918_1920-k2—Qaraba&%23287;-haqq&%23305;nda-m&%23601;lumatlar

Обсуждение закрыто.