24 MART — AZƏRBAYCAN ROMANÇISI MƏMMƏD SƏİD ORDUBADİNİN DOĞUM GÜNÜ

Стандартный

MƏMƏD SƏİD ORDUBADİ

Ordubadi Məmməd Səid (24 mart 1872, Ordubad şəhəri — 1 may 1950, Bakı) — görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). «Qılınc və qələm» (1946-1948) tarixi romanının müəlifidir.

Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edirdi.

Dördsinifli şəhər məktəbini bitirdikdən sonra daha oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırmaqda davam etmiş, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırmışdır.

aqsızlıqlarını fəhlələrə başa salıb etiraz çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş yeri axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edir. Culfa mühiti Ordubadinnn həyatına bir sıra yeniliklər gətirir. O, İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda iştirak edir, sosial-demokrat təşkilatı «Hümmət»in Culfa təşkilatına daxil olur.

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. 1914-cü ildə Bakıda ədibin «Bədbəxt milyonçu» və «Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi» əsərləri çapdan çıxır.

Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad olur. Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək o, inqilabi fəaliyyətini davam etdirir. 1918-ci ildə Kommunist partiyası sıralarına daxil olan yazıçı Həştərxanda çalışan Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada «Hümmət» qəzetində əməkdaşlıq edir. «Hümmət» səhifələrində Ordubadinin şeir və məqalələri, «Bolşevizm və aləmi-islam» adlı iri publisistik əsəri dərc olunur. 1920-ci ildə Ordubadi XI ordunun sırasında Dağıstana gəlir, orada mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında fəal iştirak edir, «Qırmızı Dağıstan» qəzetini nəşr etdirir, sonra isə Azərbaycana gəlir.

O, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik «Dumanlı Təbriz» (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən «Qılınc və qələm» (1946-1948) romanında ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmışdır. Onun «Döyüşən şəhər» (1938), «Gizli Bakı» (1940)

M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir.

 

Обсуждение закрыто.