2016-cı il martın 21-də soydaşımız Məmmədağa Məhəmməd oğlu Nuriyev Samara şəhərində 53 yaşında uzun sürməyən xəstəlikdən vaxtsız vəfat edib.
Məmmədağa Nuriyevi yaxından tanıyanlar ondan yumşaq xasiyyətli, əməksevər, ailəcanlı bir insan kimi danışırlar. Mərhum soydaşımızın əsli Şamaxı rayonunun Avaxıl kəndindəndir.
Martın 22-də Məmmədağa Nuriyevin cənazəsini dostları, həmyerliləri vətənə yola salıblar.
“Samara vilayəti azərbaycanlılarının Liqası”nın İdarə heyətinin üzvləri Məmmədağa Məhəmməd oğlunun qəfil və vaxtsız ölümündən dərindən kədərləndiklərini bildirir, mərhumun ailəsinə, bütün yaxınlarına, əzizlərinə başsağlığı verirlər.
Для отправки комментария необходимо войти на сайт.