Daily Archives: 23.03.2016

MƏRHUM MƏMMƏDAĞA NURİYEVİN AİLƏSİNƏ BAŞSAĞLIĞI

Стандартный

MƏHƏMMƏD

2016-cı il martın 21-də soydaşımız Məmmədağa Məhəmməd oğlu Nuriyev  Samara şəhərində 53 yaşında uzun sürməyən xəstəlikdən vaxtsız vəfat edib.

Məmmədağa Nuriyevi yaxından tanıyanlar ondan yumşaq xasiyyətli, əməksevər, ailəcanlı bir insan kimi danışırlar. Mərhum soydaşımızın əsli Şamaxı rayonunun Avaxıl kəndindəndir.

Martın 22-də Məmmədağa Nuriyevin cənazəsini dostları, həmyerliləri vətənə yola salıblar.

“Samara vilayəti azərbaycanlılarının Liqası”nın İdarə heyətinin üzvləri Məmmədağa Məhəmməd oğlunun qəfil və vaxtsız ölümündən dərindən kədərləndiklərini bildirir, mərhumun ailəsinə, bütün yaxınlarına, əzizlərinə başsağlığı verirlər.

Реклама

23 MART — MƏŞHUR RƏQQAS VƏ XOREOQRAF ƏLİBABA ABDULLAYEVİN DOĞUM GÜNÜ

Стандартный

Əlibaba_Abdullayev.JPG

Əlibaba Abdulla oğlu Abdullayev — Azərbaycan rəqqası, Azərbaycan SSR xalq artisti, rəqs quruluşçusu, filmlərdə iştirak edən, arxiv kadrlarda iştirak edən. Əməkdar artistdir (1943)

Əlibaba Abdulla oğlu Abdullayev 23 mart 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının (1936), Mahnı və Rəqs ansamblının (1941) bədii rəhbəri olub. Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb (1946-1947). Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında (Moskva, 1957) qızıl medala layiq görülüb. Nəlbəki və Vağzalı rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur. 1936-cı ildə Üzeyir Hacıbəyov onun haqqında yazıb: «Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır». Əməkdar artistdir (1943).

 

23 MART — MİLLİ QƏHRƏMAN VİKTOR SERYOGİNİN DOĞUM GÜNÜ

Стандартный
23 MART — MİLLİ QƏHRƏMAN VİKTOR SERYOGİNİN DOĞUM GÜNÜ

Виктор Васильевич Серёгин (23 марта 1944, Тбилиси — 28 января 1992, возле г. Шуша). Национальный герой Азербайджана, командир вертолёта гражданской авиации.

Отец — военный лётчик, мать — майор медицинской службы.

Окончил Кременчугское лётное училище гражданской авиации. В 1968 направлен в Забратское авиапредприятие (Азербайджан) в качестве второго пилота вертолёта. Впоследствии — пилот и командир экипажа.

28 января 1992 года в 16 часов 20 минут управляемый им гражданский вертолёт Ми-8 с 47 пассажирами был сбит, пущенной со стороны армянских позиций тепловой ракетой «Стингер». После взрыва в воздухе и пожара в салоне Серёгин сумел отвести падающий борт подальше от жилых кварталов города Шуша, в район ретрансляционной вышки. Погиб вместе с экипажем и пассажирами. Похоронен в Аллее шахидов в Баку. В ноябре 1992 года Указом Президента Азербайджана было присвоено высокое звание Национального Героя Азербайджана. С 1995 года одна из улиц Баку названа с его именем, а на доме, где он жил, установлена мемориальная доска.

23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olmuşdur. Dəfələrlə ordenlərlə təltif olunmuşdu.

Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Dəfələrlə atəşə tutulmasına baxmayaraq vertolyotu təmir etmiş yeni uçuşlar həyata keçirmişdi. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qörmüşdü. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. O, 28 yanvar 1992-ci il dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfil olaraq vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü izə heyətlə birlikdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidetninin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

vikipediya

 

 

23 MART — MİLLİ QƏHRƏMAN PAŞA TƏHMƏZOVUN DOĞUM GÜNÜ

Стандартный

paşa təhməzov

23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.

Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, «23 Avqust» meydanında büstü qoyulmuşdur.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

vikipediya