22 MART — ƏLİAĞA AĞAYEVİN DOĞUM GÜNÜ

Стандартный
22 MART — ƏLİAĞA AĞAYEVİN DOĞUM GÜNÜ

Əliağa İsmayıl oğlu Ağayev (d. 22.3.1913 — ö. 3.11.1983) — Azərbaycannın görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq Artisti

Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinifi bitirərək gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Burda zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin «Hacı Qara» komediyasında Hacı Qaradır.

Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Müxtəlif çeşidli rolları, xüsusən «O olmasın, bu olsun» bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun «Əcəb işə düşdük» komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.

İyirmi iki il Akademik teatrda işləyən sənətkar kinoda Məşədi İbaddan əlavə Xan («Sehrli xalat»), Şıxəli («Görüş») kimi irihəcmli rollarla yanaşı, «Əhməd haradadır?» (Kassir), «Qanun naminə» («Mehman». Anbardar), «Bir məhəlləli iki oğlan» (Feyzi), «İstintaq davam edir» (Kişi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.

Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır.

Обсуждение закрыто.