19 MART 1994 — BAKI METROSUNDAKI TERAKTDA XALQ ARTISTI RAFIQ BABAYEV HƏLAK OLUB

Стандартный
19 MART 1994 — BAKI METROSUNDAKI TERAKTDA XALQ ARTISTI RAFIQ BABAYEV HƏLAK OLUB

Babayev Rafiq Fərzi oğlu ( 31 mart 1937-ci il, Bakı, Azərbaycan SSR — 19 mart 1994-cü il, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti (1993).19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub

Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində partiya orqalarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. Həmin il Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun «Bayatı-kürd» ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.

 1991-ci ildə Rafiq Babayev «Cəngi» folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti adı verilmişdir.

Обсуждение закрыто.