Daily Archives: 19.03.2016

19 MART 1994 — BAKI METROSUNDAKI TERAKTDA XALQ ARTISTI RAFIQ BABAYEV HƏLAK OLUB

Стандартный
19 MART 1994 — BAKI METROSUNDAKI TERAKTDA XALQ ARTISTI RAFIQ BABAYEV HƏLAK OLUB

Babayev Rafiq Fərzi oğlu ( 31 mart 1937-ci il, Bakı, Azərbaycan SSR — 19 mart 1994-cü il, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti (1993).19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub

Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində partiya orqalarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. Həmin il Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun «Bayatı-kürd» ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.

 1991-ci ildə Rafiq Babayev «Cəngi» folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti adı verilmişdir.

Реклама

19 МАРТА 1994 — ТЕРАКТ В БАКИНСКОМ МЕТРОПОЛИТЕНЕ

Стандартный

Bakı_metrosunda_partlayışlar

«20 Yanvar» stansiyasındakı partlayış

19 mart saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşür. Partlayış nəticəsində 14 nəfər həlak olmuş 49 nəfər yaralanmışdır. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da olur.

İstintaq nəticəsində, «Sadval» separatçı təşkilatının üzvləri həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.

Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuşdur.

19 марта в 13:00 на станции метро «20 января» прогремел взрыв. Самодельная бомба с часовым механизмом взорвалась в головном вагоне поезда в тот момент, когда состав остановился на станции. В ходе террористического акта погибли 14 человек, ещё 49 были ранены. Исполнитель теракта Октай Гурбанов погиб при взрыве. Среди погибших был азербайджанский джазовый музыкант, Народный артист Азербайджана Рафик Бабаев. От взрыва частично обрушился потолок станции метро.

По подозрению в совершении преступления были арестованы члены Лезгинского Национального Движения «Садвал». По данным следствия, организаторы и исполнители теракта имели связи со спецслужбами Армении и проходили подготовку на территории этой страны. По факту террористического акта были осуждены 11 человек.