16 MART 1948 — DAŞKƏSƏNƏ ŞƏHƏR STATUSU VERİLİB

Стандартный

DAŞKƏSƏN

Второй и третий посёлки городского типа Дашкесан, были построены на вершине горы, на месте временного геологического посёлка 85 км, созданного в 1943 году Научные изыскания давшие положительную оценку на наличие железорудных ископаемых в районе, положили начало новому городу. С 1946 года началось освоение железорудного месторождения, и строительство посёлка на месте временного посёлка геологической экспедиции. В 1948 году посёлок получил статус города.

Daşkəsən rayon mərkəzi – Daşkəsən şəhəri Gəncə şəhərindən 43 kilometr, Bakı şəhərindən isə 406 kilometr məsafədə yerləşir. Məşhur Qoşqar çayının sahilində, dağlıq yerdədir.

İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində «metallurqlar şəhəri» Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizininzənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.

 

Реклама

Обсуждение закрыто.