15 MART -ŞAİR ƏLƏKBƏR SALAHZADƏNİN DOĞUM GÜNÜ

Стандартный

ƏLƏKBƏR SALAHZADƏ

Ələkbər Salahzadə — şair, tərcüməçi, , Rəsul Rza adına mükafat laureatı, Əməkdar incəsənət xadimi.

Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurubADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), «Gənclik» nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor işləmişdir. Sonra «Ulduz» jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), redaktor vəzifəsində çalışmışdır (1992-2004). Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. «Kölgədən qorxan» (1983) Şəki, «Yayın qış gecələri» (1985) Sumqayıt, «Nağaraçı naxırçı» (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

2013-cü ildə vəfat edib.

   QAR

Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
haradasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar –
haradasan?!

 

Обсуждение закрыто.