15 MART — AĞASADIQ GƏRAYBƏYLİNİN DOĞUM GÜNÜ

Стандартный

Ağasadıq_Gəraybəyli

Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində «Nicat», sonra «Səfa» həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin «Ölülər» pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun «Nadir şah», Üzeyir Hacıbəyovun «Arşın mal alan», Cəfər Cabbarlının «Sevil», «Od gəlini», «1905-ci ildə», sonralar «Vaqif», «Həyat», «On ikinci gecə», «Xanlar» və s. tamalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. «Bəxtiyar» filmində klub müdiri Ağabala, «O olmasın, bu olsun» filmində Rüstəm bəy bu obrazlardandır.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. 1988-ci ildə Bakı şəhərində vəfat edib.

.

Обсуждение закрыто.