Daily Archives: 14.03.2016

15 МАРТА 2016 Г. ЛАСО ПРОВОДИТ «ДЕНЬ ТАЛЫШСКОЙ КУЛЬТУРЫ»

Стандартный

Xanali Tolish

NAUZA İD OMEDA

 

Sard di bia ni beda,
Shav di ruzhi i beda.
Cashi dili si beda,
Hashi ra-ra pemeda,
Navuza id omeda.

Tozha olat takardan,
Mahne votdan vakardan.
Mamzhi rushna pekardan
Cashonada dimada,
Navuzi id omeda.

Ida honca darostan:
Mohnon noidan ba resta.
Sef ba vili perasda,
Kukon da cur nomada…
Navuzi id omeda.

Ci dilada votdam az,
Nibuy,nibuy dave tars.
Dinyo biday dasbadas
Bigardiy i camada,
Navuzi id omeda.

 

                                           Xanəli TALIŞ

NOVRUZ BAYRAMI GƏLDİ 

Qar-buz əriyib gedər,

Gecə-gündüz bərabər.

Qəlb açılar, göz güılər,

Bulud, duman çəkildi,

Novruz bayramı gəldi.

 

Bayram süfrəsi qəşəng,

Gül-çiçək çələng-çələng,

Yumurtalar rəngbərəng,

Şirnilər nə gözəldi!

Novruz bayramı gəldi.

 

Hamı təzə donludu,

Nəğməli, oyunludu.

Əlvan şamların odu,

Otaqları bəzədi –

Novruz bayramı gəldi!

 

A dostlar, ürəyimdə,

Var mənim diləyim də.

Qoy sülh olsun hər yerdə.

Hamı dost, əl-ələdi-

Novruz bayramı gəldi!

ТАЛЫШИ КОСТЕР 

2014 г. Так завершился День талышской культуры

Реклама

APREL 1918 — ŞAMAXI QƏZASININ SÜNDİ KƏNDİNDƏ QIRĞIN

Стандартный
APREL 1918 — ŞAMAXI QƏZASININ SÜNDİ KƏNDİNDƏ QIRĞIN

AKT 

Mənbə: MDAor AzSSR,f.1061, op.1. i.111, l.49.

Biz, aşağıda imza atan Şamaxı qəzasının Sundi k. sakinləri ilə 8 noyabr 1919-cu ildə yığıncağa toplaşaraq, bu aktı aşağıdakılardan yana tərtib edirik:

1.Bizim kəndimiz ermənilərin hücumuna qədər 413 evdən ibarət idi və 2553 sakini vardı.

  1. Elə həmin ermənilərin kəndə basqını və talanı zamanı 267 ev yandırılıb, 987 nəfər öldürülüb.
  2. 987 nəfər öldürülənlərin və dəyən ziyanların rublla siyahısı.

http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_11_a.html

Kəndin qocaman sakini Səbzalı kişinin xatirələrindən: «Ermənilər ilk dəfə şimal istiqamətindən hücum ediblər. Erməni-bolşevik hakimiyyətinin rəhbəri Stepan Şaumyanın planı əsasında Bakıdan gələn Qozlu-Xilmilli istiqamətində cəmləşən erməni silahlı dəstələri 1918-ci ilin aprel ayında Sündü kəndində belə qanlı hadisələr törətdilər. XIX əsrdə Xilmilli kəndinə Rusiyadan köçürülən malakanlar (ruslar) həmin hadisələr zamanı ermənilərə kömək ediblər.

İlk qurbanlarımız Sündü kəndi ilə Xilmilli kəndi arasındakı “Dikdaş” adlı ərazidə olub. Qoçalı Cəbi oğlu və onun həyat yoldaşı Töhfə adlı qadın öz torpaq sahələrində işləyən zaman erməni hücumuna məruz qalıblar. Sonra Sündü kəndi top atəşinə tutulur. Əhali silahsız olduğuna görə yalnız qaçmaqla canlarını qurtarmağa çalışırlar. Lakin silahlı erməni dəstələri onları təqib ediblər. Yaşlı insanlar, azyaşlı uşaqlar kütləvi şəkildə qətlə yetiriliblər».

Əhalinin qaça bilən hissəsi «Acıdərə» adlanan yer vasitəsilə qaçıb Kurdəmirə, oradan isə Azərbaycan Xalq Cümhuruyyətinin fəaliyyət göstərdiyi Gəncə şəhərinə gedib çıxıblar. Yalnız Türk İslam Ordusu Bakını azad etməyə gələndən sonra yerli əhali öz döğma yurdlarına qayıdıb. Bütün bu məlumatlar Azərbaycan Dövlət Arxivində 1061 nömrəli fondda yerləşir.

VİKİPEDİYA

SÜNDÜ MƏSCİDİSündü məscidi; 10-cu əsrə aid edilir

14 MART — ƏDƏBİYYATIMIZIN KOLXOZ SƏDRİ ANARIN DOĞUM GÜNÜ

Стандартный
14 MART — ƏDƏBİYYATIMIZIN KOLXOZ SƏDRİ ANARIN DOĞUM GÜNÜ

 Анар (родился 14 марта 1938 года) — азербайджанский писатель, режиссёр и сценарист, Народный писатель Азербайджана (1987).

Родился в семье поэтов. Его отец Расул Рза и мать Нигяр Рафибейли были признанными в стране поэтами. В 1945 году поступил в музыкальную школу имени Бюльбюля и в 1955 году окончил её в отличием. В том же году поступил на филологический факультет Азербайджанского Государственного Университета. Окончил АГУ в 1960 году, также окончил Высшие сценарные курсы в Москве в 1964 году, Высшие режиссёрские курсы в Москве.

С 1968 года — главный редактор альманаха искусств «Гобустан».

В 1991 году был избран председателем Союза писателей Азербайджана.

С 1995—2000 годы являлся действительным членом Милли Меджлиса (Парламента Азербайджана).

За особые заслуги в развитии азербайджанской литературы награждён Премией Гейдара Алиева (2011 году).

 Ədəbiyyata istedadlı nasir kimi gəlmiş Anar, təəssüf ki, son otuz il ərzində mürtəce ruhlu bürokrata və ölkənin milli-ruhi həyatı deqradasiyaya uğradan, gerilədən mənfi ünsürə çevrilmişdir. Aşağıdakı məqalə doqquz il əvvəl yazılıb, ancaq indi də aktuldır – Müqabe yaşına yaxınlaşan Anarın Azərbaycan ədəbiyyatına rəhbərliyi davam edir… 

REPUTASİYALAR  VƏ  EPİTAFİYALAR

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm…

Və tərslikdən elə həmin saniyə yadıma təxminən bir il əvvəl etibarlı bir adamdan eşitdiklərim düşür. Peşəkar ədəbiyyatçı olan həmin adam deyirdi ki, güya Heydər Əliyevin bütün ciddi nitq və məruzələrinin “üslubunu Anar düzəldir”. Əlbəttə, peşəkar üslubşünaslar mərhum Əliyevin çıxışlarındakı bədiiliklərin kimə məxsus olduğunu çox da çətinlik çəkmədən müəyyənləşdirə bilərlər. Bəlkə də Anarın o çıxışlara aidliyi rəzil uydurmadır, hərçənd bunu mənə danışan adam əslində “üslubçuluğa” Anarın brilyant istedadının daha bir gözqamaşdırıcı tərəfi kimi baxırdı. Ancaq Anar istedadının yalnız brilynatlığını qəbul edən, “üslubçuluğu”, “katibliyi” isə, əgər bunlar olubsa, ləkə — brilyant üçün —  sayanlar da var…

Hə, deyək ki, bu, rəzil uydurmadır… Ancaq bir vacib şey var. Buna oxşar bir şey Soljenitsın barəsində uydurula bilərdimi? Brejnev məruzələrinin üslubunu Aleksandr İsayeviç yaradır… Bu, heç lətifə də sayılmazdı, ruslar belə şeylərə “boz madyanın sayıqlaması” deyirlər…

Biz şəxsi reputasiyaların milli varlıq və milli şüur üçün vacibliyi barədə çox az düşünürük. Dünyanı nasizm fəlakətinə uğratmış almanların sivil xalqlar ailəsinə qaytaran yalnız onların yeddi nəsil qabağa da boyunlarına məsuliyyət götürməy, açıq tövbə  peşmanlıq etirafları yox, həm də və daha artğq dərəcədə ümumdünya hörməti və etibarı qazanmış milli reputasiyaların əsrlərin dərinliklərindən baş qaldırıb yeni nəslə zamin durmasıdır. Tolstoyu, Dostoyevskini, Çexovu, Puşkini, Axmatovanı, Tsvetayevanı tanıyanlar, əlbəttə, ruslardan və ruslarla danışanda hökmən ədəb-ərkan gözləyirlər. Bu adamlar rus milli özünütanımasının özəyi olduqları kimi, həm də mənəvi oriyentir və dayaqdırlar. Millət də bütövlükdə, ayrı-ayrı adamlar kimi, büdrəyə bilir. Qalxmağa usə ümummilli reputasiyalar kimi söykənclər lazımdır. Linkolnun dediyi kimi, bioqrafiya üçün  fəxrli olan yıxılmamaq deyil, fəxrli olan – hər yıxılanda necə qalxmaqdır…

“On dördüncü əsr yıxılır, durur, Tutur o dahinin ətəklərindən…” Bunu Xəlil Rza Nəsimi haqqında deyib. Əlbəttə, hər millətin öz on dördüncü əsri var, tanrı bizi milli məhdudluq bəlasından saxlasın, biz yaxşı bilirik, məsələn, İtaliyada elə o vaxtlar necə əjdahalar olub. Ancaq Nəsimiyə verilən tərifdə şişirtmə yoxdur, onun reputasiyası əsr üçün doğrudan da şərəfdir. Və Nəsimi bizim milli şüur üçün çoxdandır ki, təkcə  bir şer, beş şer və hətta bütün yaradıcılıq yox, həm də və bəlkə də başlıca olaraq reputasiyadır. Başlıca ona görə ki, indi millətimiz üçün mənəviyyat, əxlaq məsələsi estetika məsələlərindən vacibdir.

Nəsimi heykəli üçün, əgər onun əsl portretləri qalsaydı, ad da artıq olardı. Tanımayanlar üçün – hə, adı yazıla bilər. Başqa heç nə. Peputasiya rəmzi olan Nəsimi adı heykələ həkk oluna biləcək hər şerdən tutumludur. “Görkəmli”, “böyük” sözləri Nəsimi adının yanında cılız görünür.

“Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı…” Sitatı kəsirəm – cümlə uzundur, hərçənd nekroloqdan ya ədəbiyyatşünaslıq məqaləsindən götürülməyib. Xəlil Rzanın yaradıcılığına həsr olunmuş bütöv bir abzas onun Salyandakı heykəlinə həkk olunub. Müəllifi Heydər Əliyevdir.

İndi deyəcəksiniz ki, yəqin üslub müəllifi Anardır. Bunu mən demirəm…

Ümumiyyətlə, Xəlil Rzanın Salıyandaki heykəli abidə deyil, siyasi performansdır. Büstün altında türklərə həsr olunan şer yazılıb: ”Çadırımız göy qübbəsi…””Bayrağımız al günəşdir…” Tanrı günahımdan keçsin, bu, kitçdir. Mərhum şairimiz kitçi və epatajı sevirdi…

Heykəlin arxasına da şer həkk olunub – ümumiyyətlə reputasiyaya təhlükə həmişə və hər səmtdən var, xüsusən arxadan, gərək arxanı qoruyasan… “Azadlıq Allahı – tək, Əyləşib öz yerində, Yerin-Göyün nuru var, Peyğəmbər gözlərində…”

Yəqin siz də başa düşmədiniz – Azadlıq Allahdır yoxsa peyğəmbər? Və həm də yəqin yer-göy Allah (ya da peyğəmbər) gözündən işıqlanar, əksinə yox… Əlbəttə, məktəbdən otuz ildir ayrı düşdüyümə görə bəlkə də mən şeri qanmıram, həm də şer onun bədii məziyyətlərinə görə yox, sovet vaxtı deyildiyi kimi, ideya-məzmununa görə heykələ vurulub. “Gedir Polad çiynində Kəpəz-Qoşqar boyda yük Dədə Heydər – Ata Türk”…

Cənablar, bizim … yox, siyasətlə işimiz yoxdur… estetik vəziyyətimiz çox acınacaqlıdır. Necə deyərlər, ölmüşük, yerdən götürənimiz yoxdur… “Allah əyləşib öz yerində…”

Professor Xalıq Koroğlu bir vaxt kəmsavad alimlərimizin Avropa İntibahını Azərbaycan zəmininə keçirmək cəhdlərini vulqar və qeyri-elmi sayırdı və burda məsələ təkcə sənətkarlık miqyasında, tarixi, tipoloji fərqlərdə deyildi. İntibah təkcə sənət yox, həm də şəxsiyyət azadlığı standartlarıdır. “Padşaha məktub yazıb özünü onun qapısındakı it adlandıran şair necə İntibah adamı sayıla bilər?”- deyə Xalıq Hüseynoviç təəccüblənirdi…

Xəlil Rza çılğın adamdı, çılğınlıq isə bütün mənəvi qüvvələrin və milli intellektin səfərbərliyini tələb edən mübarizədə heç də gərəkli keyfiyyət deyil. Çılğınlıq vurnuxma mənbəyidir, siyasi meylli ədib vurnuxanda da… Onun heykəlində salyanlı xuliqanların cıza biləcəyi qraffiti də bu “şerlər”dən abırlı görünərdi…

İndiyəcən çiynində qara çanta Xaqani küçəsiylə ətrafına baxmadan gedən cavan Anar gözümün qabağındadır… Mən onda lap cavandım və dayaq, oriyentir axtarırdım. Anarın kitablarını əslində gec oxumağa başlamışam, ondan əvvəl Tolstoyu, Dostoyevskini və az qala bütün Balzaki oxumuşdum. Anar mənim üçün yazıçılıqdan çox xadim kimi vacib idi, bu barədə bir vaxt onun özünə yazmışdm və o da mənə, zavod fəhləsinə, uzun cavab yazmış, kitablarını hədiyyə göndərmişdi. Mən bu kitabları əzizləyib saxlayıram…

Anarın evolyisiyası nə vaxt başlanıb? Bəlkə Birinci katibin nitqlərinə “gözəllik verəndə”? Və üslubçuluq” söhbəti yalandırsa, onda necə?

Biz indi Anar-hakimiyyət münasibətlərinin təbiəti üzərində düşünsək, görərik ki, əslində nə olubsa da, bir şey olmayıb: qarşıdurma. Anarla siyasi rejim arasındakı nisbi və müvəqqəti ziddiyyətlər estetik təbiətlidir, zövq məsələsidir, bu da öz növbəsində nəsil ovqatlarıyla bağlıdır. Yaşa dolan Anar cəmiyyəətdə yeganə layiqli ünsiyyət və dialoq partnyorunu iqtidarda görür. Hippilik bitir, saqqal qırxılır, azmış oğul  Ata ağuşuna qayıdır. İncil süjetinə parodiya – yetmişinci illərin ortalarında “azmış” oğulların hamısı bağışlandı: dövlət mükafatları, vəzifələr, mənzillər…

Anar–iqtidar mifik ixtilafından “o, sovet gerçəkliyinə əyri güzgülərdə baxır” məzəmməti qaldı.

Anarın sayəsində Seyfulla Əsədullayev də Azərbaycan ədəbiyyatı tarixinə düşdü… Ruslar belə halda deyirlər: kak bloxa na sobake…

Lap vurun məni öldürün, Anarın indiyəcən sədr kabinetində oturmağı mənə ağır gəlir. Ona məhkəmənin qərarıyla bu iş kəsilsəydi, başa düşmək olardı. Könüllü…

Deyir ki, güya getsə, ittifaq dağılar. Həm də deyir ki, 1100 nəfərdən yalnız yüzü əsl yazıçıdır. Bəs onda təmir kimin üçün edilir – min yüz nəfəırçin ya yüz nəfərçin?

Yaradılan konsert zalına kim gedəcək? Min yüz ya yüz? Nə çalınacaq? Motsart, Üzeyir bəy ya Vəziroğlunun sözlərinə yazılmış mahnılar?

Deyir ki, çoxlu yaradıcılıq planları var, sədrlik macal  vermir. Anar müəllim, bəs niyə tüpürmürsünüz sədrliyə?

Yazıçılar İttifaqı, mən bilən, elə sovet vaxtı olduğu kimi, siyasi hakimiyyətin üzvi hissəsidir, iqtidarın özü kimi bürokratlaşmış ideoloji orqandır və ittifaq sədrinin kabinetində oturan adam hakimiyyətin elədikləri üçün məsuliyyətə tam şərikdir. Türməyə salınan, qol-qabırğası sındırılan, bıçaqlanan jurnalistlərə görə də.

Hakimiyyət hərisliyini Anar, əlbəttə, “ədəbiyyatın gələcəyi”, “ədəbiyyatın mənafeyi” kimi pafoslu ibarələrlə pərdələyir. Elə bil ayrı planetdən gələnlərin başı tovlanılır və durub inanacağıq ki, Nəsimi, Füzuli, Molla Pənah(Vaqif yazmıram, o qədər Vaqif əmələ gəlib ki…), “Dədə Qorqudu”, “Koroğlu”nu yaradanlar İttifaqdan çıxıblar. Əksinə, İttifaq Cavid kimi əjdahaları gedər-gəlməzə göndərib və başqa ölkələrin cinayətkar təşkilatlarından fərqli olaraq, heç tövbə-zad da eləməyib…

Azərbaycan mədəniyyəti qarşısında fövqəladə xidmətləri olan Anar, şübhəsiz ki, indi itirilmiş reputasiyadır. Özü üçün yox, öz reputasiyasına Anarın necə baxması adekvatlıq məsələsidir.

Anar reputasiyası bizim hamımız üçün itirilib. Çünki polis dəyənəyiylə feodal hüquqsuszluğu və şəxsiyyətsizliyi şəraitinə dəhmərlənib aparılan xalqın həm etibarlı oriyentirlərə, həm də sınanmış dayaqlara ehtiyacı var.

Yadınızdadırsa, məsələ dolaşanda və heysiyyətə təhqir təhlükəsi yarananda Mirzə Səfər(Mirzə Səfər də milli reputasiyadır!) döyüşə atılmasa da, bir şeyi bacarırdı: o, papağını götürüb gedirdi…

Yubiley müsahibələrində Anar deyir ki, özünü qoca saymır. Onu qoca sayan kimdir ki? Allah uzun ömür versin və günlərin birində papağını götürüb adını çarəısizlikdən “xalqa xidmət” qoyduğu padşah ğulluğundan gedə bilsin…

18-19mart 2008, Samara