12 MART — AZƏRBAYCANDA DAXİLİ QOŞUNLAR GÜNÜ

Стандартный

Martın 12-si Azərbaycanda Daxili Qoşunlar günüdür. Daxili Qoşunlar DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb, 1992-ci il martın 12-də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə iştirak edib. 9 mart 1994-cü il tarixli fərmanla 12 mart Daxili Qoşunlar günü elan edilib.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində iştirak edən Daxili Qoşunların şəxsi heyətindən 496 nəfəri şəhid olmuş, 268 nəfər itkin düşmüş və 1166 nəfər yaralanmışdır.

Göstərdikləri qəhrəmanlıq və igidliyə, eləcə də hərbi borclarının yerinə yetirilməsinə vicdanla yanaşdıqlarına görə Daxili Qoşunların 9  hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 1738 nəfər müxtəlif dövlət mükafatları ilə təltif olunmuşdur.

Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.

DA_Arselanı

İsrail istehsalı AİL Storm Sufa-3 Daxili Qoşunların arsenalında

Aze_DQ_Qırmızı_Bereti

Azərbaycan Daxili Qoşunlar XTD Parad keçidi zamanı

 

 

 

Реклама

Обсуждение закрыто.