Daily Archives: 11.03.2016

11 MART 1992 — AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN BƏYANATI

Стандартный
11 MART 1992 — AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN BƏYANATI

1992-cı il mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda erməni silahlı dəstələrinin dinc  azərbaycanlı əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. 

11 марта 1992г. – Комитет Министров Совета Европы принял декларацию, осуждающую нападения и акты насилия армянских вооруженных сил против азербайджанского населения Нагорного Карабаха. 

Реклама

11 MART — BƏŞİR SƏFƏROĞLUNUN DOĞUM GÜNÜ

Стандартный

Bəşir_Səfəroğlu

Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. 1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün («Beş manatlıq gəlin»), Qaradavoy və Çiko («Keto və Kote»), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad («Məşədi İbad»), Uzun və Nəcəf («Durna»), Qədir və Gülümsərov («Ulduz»), Səlyanski və Qəhrəman («Gözün aydın»), Ohan yüzbaşı və Hacı Qara («Xəsis») və s.
Bəşir Səfəroğlu «Azərbaycanfilm»in istehsal etdiyi «Əhməd haradadır?» və «Ulduz» filmlərində Sərxoş və Gülümsərov, «Tacikfilm»in çəkdiyi «Xoca Nəsrəddinin 12 qəbri» kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında «Gəlməli, görməli, gülməli» miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycanın əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib.
Bəşir Səfəroğlu  23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.