Daily Archives: 10.03.2016

10 MART 1878 — BÖYÜK MİRZƏ FƏTƏLİNİN VƏFATI

Стандартный

Axundzadə_M._F.S.Mumtazin_AzFAN-a_hədiyyəsi

Мирза́ Фатали́ Аху́ндов (Ахундзаде́) (азерб. میرزا فتحعلی آخوندوف, Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə), полное Мирза Фет Али-бек Гаджи Алескер оглы Ахундов; 30 июня 1812, Шеки — 10 марта 1878, Тифлис) — азербайджанский писатель-просветитель, поэт, философ-материалист и общественный деятель, член Российского императорского географического общества; зачинатель азербайджанской драматургии и основоположник литературной критики в азербайджанской литературе, титулуется «мусульманским Мольером».

Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, «Əkinçi» qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində «Vəkili Milləti-Naməlum» imzası ilə məqalələr dərc etdirmişdir.

Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.

Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tbilisi botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.

Axundov bədii yaradıcılığına şeirlə başlamışdır («Səbuhi» təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: «Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O, Mirzə Fətəli Axundovdur».

Надгорбный_памятник_Мирза_Фатали_Ахундову_в_Тбилиси

Надгробный памятник Ахундову в Тбилиси

Реклама

10 MART — İLK AZƏRBAYCAN BALERİNASI QƏMƏR ALMASZADƏNİN DOĞUM GÜNÜ

Стандартный
10 MART — İLK AZƏRBAYCAN BALERİNASI QƏMƏR ALMASZADƏNİN DOĞUM GÜNÜ

Гамэ́р Гаджиага́ кызы́ Алмасзаде́ (1915 — 2006) — азербайджанская балерина, балетмейстер и педагог. Народная артистка СССР (1959). Первая балерина Азербайджана.

Гамэр Алмасзаде родилась 10 марта 1915 года в Баку в семье сапожника и акушерки.

Впервые занялась балетом в 6 лет в частной студии (позже — школа при оперном театре, ныне Бакинское хореографическое училище).

После окончания обучения, с 1930 года — балерина Азербайджанского театра оперы и балета имени М. Ф. Ахундова. Одновременно получала среднее специальное образование в педагогическом училище. В 1933—1936 годах училась в Ленинградском хореографическом техникуме С 1936 года — солистка Азербайджанского театра оперы и балета имени М. Ф. Ахундова.

В 1931 году вышла замуж за Афрасияба Бадалбейли, однако брак распался вскоре после их совместной работы над балетом «Девичья башня» (1940).

Скончалась 7 апреля 2006 года. Похоронена на Аллее почётного захоронения в Баку.

Almaszadə Qəmər Hacıağa qızı (10 mart 1915, Bakı– 7 aprel 2006, Bakı) —, Azərbaycanın ilk balet rəqqasəsi

Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.

Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından «Qız Qalası» baletindən az sonra boşanma ilə sonuclanır.

1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə  Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur.  1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin «Qız Qalası» baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.

Afrasiyab_Badalbeyli_with_his_wife

Свадьба Г.Алмасзаде и А.Бадалбейли, 1931 г

10 MART — CANƏLİ ƏKBƏROVUN DOĞUM GÜNÜ

Стандартный
10 MART — CANƏLİ ƏKBƏROVUN DOĞUM GÜNÜ

Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.

 Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solistidi, 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmlşdır. Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.  2002-ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur.

vikipediya

10 MART 1735 — GƏNCƏ MÜQAVİLƏSİ BAĞLANIB

Стандартный

 

Gəncə müqaviləsi — Səfəvilər dövləti və Rusiya arasında müqavilə.

10 mart 1735-ci ildə bağlanıb.

Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən Nadirin Gəncə yanındakı düşərgəsində imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını Bakı, Salyan iki həftəyə, Dərbənd isə iki aya tərk etməliydilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya hərəkətlərini sinxronlaşdırmaq öhdəliyi götürdü.

Nader_Shah_Afshar

Nadir şahın portreti, XVIII əsr (Viktoriya və Albert Muzeyi)

VİKİPEDİYA