8 марта 2016 г. в Самарском Доме дружбы народов СООО «Лига азербайджанцев Самарской области» провела праздничное мероприятие, посвященное Международному женскому дню. Самарских азербайджанок, собравшихся в зале ДДН, поздравил руководитель ЛАСО Ширван Керимов. В концертную программу, подготовленную молодежной секцией Лиги, входили танцевальные и вокальные номера, а также стихотворения на русском и азербайджанском языках, посвященные женщинам.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı Ağadadaş Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il 15 martda «Dənizçilər klubu»nda Lətif Kərimlinin «Fırtına» pyesinin tamaşası oynanılmışdı. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulmuşdu. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləmişdi. Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləmişdi.
Ağadadaş Qurbanov «Səbuhi», «Koroğlu», «Bir qalanın sirri», «Kölgələr sürünür» filmlərinə çəkilmişdi. «Arşın mal alan» filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olmuşdu. Müğənni Gülxar Həsənovanın həyat yoldaşıdır.
Aktyor Hamlet Qurbanovun atasıdır.
Aktrisa Gülşən Qurbanovanın atasıdır. (vikipediya)
Böyük sənətkar Ağadadaş Qurbanovu dolayısıyla stalinizmin qurbanı saymaq olar.
Xruşşov dövründə Stalinin adı, şəkilləri qadağan altında idi. Xruşşov devriləndən sonra Stalinin şəkilləri orda-burda görünməyə başladı – bəzi sürücülər qaniçənin şəklini maşınin qabaq şüşəsinə taxırdılar. Belə bir maşın Salyan mehmanxanasının qabağından keçəndə Ağadadaş Qurbanovun qızı eyvanda olur, şəkli görüb atasını çağırır ki, “papa, çıx, Stalinin şəklinə bax”. Eyvan da himə bənd imiş, aktyor çıxan kimi ağırlıağa davam gətirməyib uçulur…
İkinci mərtəbədən yıxılan aktyor keçinmişdi, qızı isə zədə almışdı. Deyəsən, bu, Firəngiz Qurbanova olub, aktyorun rəssam qızı…
Hadisə baş verəndə Salyanda belə danışırdılar. Bəlkə ayrı cür olub… Həmin mehmanxana indi də durur, təmir görüb, indi orda, deyəsən, bank yerləşir. Səməd Vurğun küçəsinə Heydər Əliyevin adı verilib. Stalinçilik tamamilə qayıdıb və yəqin ki, salyanlılar bu haldan xoşbəxtdirlər…
Для отправки комментария необходимо войти на сайт.