4 MART 1919 — BAKI MİLYONÇUSU, XEYRİYYƏÇİ AĞAMUSA NAĞIYEV VƏFAT EDİB

Стандартный

Муса Нагиев или Ага Муса Нагиев (1848—1919) — известный азербайджанский миллионер, нефтепромышленник, меценат конца XIX — начала XX веков.

Musa_Naghiyev

Ağa Musa Nağıyev (və ya Musa Nağıyev) (1848—1919) — tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi.

Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. Öləndə atasının 300 manat borcu qalır. Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qaytarır və parça alveriylə məşğul olur. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları başqaları kimi onu da milyonçu edir. 1908-ci ildə onun şirkəti rekord miqdarda — 12 328 300 pud xam neft istehsal edir. Bu Azərbaycanın neft şirkətləri arasında ən yüksək göstəricidir.

O, müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə «İsmailiyyə» adlandırılır. 1914-cü ilin maliyyə hesabına görə Ağa Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş.

Ağa Musa Nağıyev 1919-cu ilin mart ayında vəfat etmişdir.

Musa Nağıyev «Cəmiyyəti xeyriyyə» üçün şəhərin mərkəzində əzəmətli «İsmailiyyə» binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), «Astoriya» və «Yeni Avropa» mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilmişdir.

O, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.

VİKİPEDİYA

Nagiyev_house

«Нагиевский» дом в центре Баку, построенный Мусой Нагиевым, в котором он проживал.

Обсуждение закрыто.