3 MART — İLK XARİCİ İŞLƏR NAZİRİ MƏMMƏDHƏSƏN HACINSKİNİN DOĞUM GÜNÜ

Стандартный

Маммед Гасан Джафаргулу оглы (3 марта 1875 — 9 февраля 1931) — азербайджанский государственный и политический деятель, занимавший посты министра иностранных дел (1918), финансов (1918) и внутренних дел (1919-1920) в правительстве Азербайджанской Демократической Республики.

M.H.Hajinski

Dövrünün tanınmış siyasi və ictimai xadimi, məşhur mühəndis Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir.

M.H.Hacınski rəhbərliyi altında 1911-ci ildə Dənizkənarı bulvarın tikintisi başa çatdırılmışdı. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında şəhər upravası bir kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər upravasının rəisi olmuşdur. 1911-ci ildə yaradılmış gizli Müsəlman demokratik Müsavat partiyasına daxil olmuşdurM.H.Hacınski 1917-ci ilin noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini, seymin üzvü, 1918-ci ilin aprelin 22-də yaranmış Zaqafqaziya Federativ Respublikası hökumətində ticarət və sənaye naziri vəzifələrini icra etmişdir.

1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Hacınski bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinetində Xarici İşlər Naziri vəzifəsini tutmuşdur.

23 dekabr 1919-cu ildə ikinci kabinetdə daxili işlər naziri təyin olunmuş, 1920-ci ilin fevralına qədər bu vəzifədə işləmişdir.

 1923-cü ildən Zaqafqaziya Dövlət Plan Komitəsi sədrinin birinci müavini işləmişdir. M.H. Hacınski Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi olan L. Beriyanın göstərişi ilə həbs edilmiş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında həlak olmuşdur.

 

Реклама

Обсуждение закрыто.