28 FEVRAL — MUSTAFA MƏRDANOVUN DOĞUM GÜNÜ

Стандартный

Mustafa Mərdanov. 28 февраля 1894, Меренд, Иран — 28 декабря 1968, Баку 

Учился в ГИТИСе (1922-1924). 
С 1909 года — актер различных театров Кавказа, с 1924 года — Азербайджанского академического драматического театра им. М.Азизбекова. Cнимался во многих азербайджанских фильмах.
Народный артист Азербайджанской ССР (1943).

Mustafa_Mərdanov

Mərdanov Mustafa Həşim oğlu (28 fevral 1894, Mərənd, İran — 12 dekabr 1968, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycanın SSR-in xalq artisti (1943), «Qırmızı Əmək Bayrağı» ordeni laureatı.

Mustafa Mərdanov 1894-cü ildə Mərənddə anadan olub. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar.

Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı. O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu («Müfəttiş») qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi («Sevil»), Luka («Həyatın dibində»), Şmaqa («Günahsız müqəssirlər»), Poloni («Hamlet») və onlarla səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.

Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı.

Muzdur Qulu (Bismillah (film, 1925) «Bismillah») onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi idi.. Bir il sonra isə ekranlarda Aleksandr Litvinovun «Müxtəlif sahillərdə» («Əlbəyaxa») filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilibMustafa Mərdanovun kinoda ilk böyük rolu isə «Hacı Qara» filmindəki Kərəməli oldu.

Qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun «Kəndlilər» filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.

«Kəndlilər»dən sonra 1940-cı ildə «Yeni horizont» (trest müdiri), 1941-ci ildə «Səbuhi» (akademiya rəisi) filmlərində çəkilib, 1955-ci ildə»Görüş» filmində çəkildi. Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra «Qara daşlar»da Dəmirov kimi çox ciddi rolda görsəndi.

Onun ən uğurlu rollarında biri «O olmasın, bu olsun» filmindəki «intellegent» Həsən bəy oldu. «Əhməd haradadır?» filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bundan sonra o, 1968-ci ildə «Qanun naminə» filminə çəkilmişdir. Elə həmin il dekabrın 12-də Mustafa Mərdanov əbədi olaraq gözlərini yumdu.

vikipediya

 

Обсуждение закрыто.