Имам Дашдемир оглы Мустафаев; (3 [25] февраля 1910 — 10 марта 1997) — советский и азербайджанский научный, партийный и государственный деятель, Первый Секретарь ЦК Компартии Азербайджана, Член Коммунистической партии с 1940 года.
Имам Мустафаев был первым партийным лидером в Азербайджане, который поставил вопрос об использовании азербайджанского языка в учреждениях и организациях. Был освобожден от занимаемой должности и обвинен в национализме.
Mustafayev İmam Daşdəmir oğlu (1910-1997) — bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954-1959-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi.
İmam Mustafayev 25 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-1954 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilmişdir.
Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 12 iyun 1959-cu ildə «bacarıqsızlıq» bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri işləmiş (1954-1970), 1971-ci ildən həmin institutun direktoru olmuşdur.
İ.Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur.
O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər becərmişdir. «Sevinc», «Cəfəri», «Zoğal-buğda», «Arzu», «Gürgənə-1», «Turanikum-186», «Qızıl buğda», «Turgidum-7» və s. sortlar yetişdirmişdir.
1997-ci ildə vəfat etmişdir.
Для отправки комментария необходимо войти на сайт.