20 FEVRAL — XANƏNDƏ ARİF BABAYEVİN DOĞUM GÜNÜ

Стандартный

Arif Babayev

Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Xanəndə, xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdudur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır.

 

Реклама

Обсуждение закрыто.