20 FEVRAL — ƏLİAĞA KÜRÇAYLININ DOĞUM GÜNÜ

Стандартный
20 FEVRAL — ƏLİAĞA KÜRÇAYLININ DOĞUM GÜNÜ

Əliağa Kürçaylı (Vəliyev Əliağa Həsənağa oğlu)— şair, dramaturq, tərcüməçi. 20 fevral 1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub.

Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). «Sənin gözlərin» adlı ilk şeiri ilə («Azərbaycan gəncləri», 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda «Kommunist» qəzeti redaksiyasında ədəbi işçi, «Ədəbiyyat və incəsənət» qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), «Azərbaycan gəncləri» qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), «Azərbaycan» jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), «Literaturnıy Azerbaydjan» jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), «Yazıçı» nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də vəfat etmişdir.

 

Обсуждение закрыто.