18 FEVRAL — QƏZƏLXAN VAHİDİN DOĞUM GÜNÜ

Стандартный

VAHİD

İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) (18 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — azərbaycanlı şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (17 iyun 1943).

Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır.  «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer («Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s.) yazmış, «Kommunist» qəzeti, «Molla Nəsrəddin» jurnalı ilə əməkdaşlıq etmişdir. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri» (1943), «Qəzəllər» (1944) kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

vikipediya

Qəm çəkmə könül, məclisi cana yenə gəldi,
Bu qalibi-biruhə verən can yenə gəldi.

Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni ol məhi-taban yenə gəldi.

Ahəstə yağıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi.

Sal boynuma,canana dedim,həlqəyi zülfün,
Güldü,dedi,divanəyə-dövran yenə gəldi.

Fərhada deyin,eyləməsin dafidə fərhad,
Bu məclisi ol xosrovi-xuban yenə gəldi.

Qan ağlama,bülbül,dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi,gülüstan yenə gəldi.

Vahid,bilir aləm məni, ol zülfə əsirəm,
Sən çox demə məcnunu-biyaban yenə gəldi.

Обсуждение закрыто.